Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə islahatları: Haradan başlayıb, harada qurtarmalı?...

Ekspert: “Məhkəmə islahatı dedik də yanlız məhkəmələr başa düşülməməlidir. Çünki bu islahatlar kompleks məsələdir”

“Əslində min illər ərzində bizdə qeyri-formal mediasiya institutu olub. Məsələn, ailədə münaqişə yarananda mediasiya funksiyasını iki tərəfin ağsaqqalları və ya kəndin nüfuzlu adamı yerinə yetirirdi”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov Azərbaycanda məhkəmə islahatlarını vacibliyini şərh edərkən PİA.AZ- a açıqlamasında qeyd edib.

Adətən ekspertlər islahatlar dedikdə ilk növbədə məhkəmə sistemində islahatlara ehtiyacın olduğunu dilə gətirirlər. Onların fikrincə, ədalətli və müstəqil məhkəmə sistemi qurularsa, sərmayədarlar güvəndə olduqlarını hiss edərlər, insanlar isə haqlarını gec-tez tapacaqlarına ümid edərlər. Lakin mövcud şəraitdə məhkəmə sahəsində ciddi problemlərin olduğu heç kimə sirr deyil. Zaman-zaman prezident İlham Əliyev də məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac olduğunu qeyd edib. Prezidentin bayram günlərində anonsunu verdiyi islahat paketində məhkəmə islahatlarının da olacağı deyilir.

Bəs məhkəmə sistemində islahatlar əsasən hansı sahələri əhatə etməlidir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədovun fikirlərini öyrənib.

Sahib Məmmədov: “Təəssüf ki, islahat dedikdə konkret məhkəməni nəzərdə tutan şəxslərin sayı daha çoxdur. Halbuki ədalət mühakiməsi təkcə məhkəmədən ibarət deyil. Onun içində istintaq, müdafiə və s. amillər də var”.

Məhkəmə sistemində aparılan islahatların ümumilikdə vətəndaş cəmiyyətinin formalaşmasına müsbət nəticə verəcəyini ehtimal edən hüquq müdafiəçisi Sahib Məmmədova görə, bu istiqamətdə hakimlərin peşəkarlığının atrılmasına da ciddi ehtiyac var:

“Əslində məhkəmə islahatı dedikdə yanlız məhkəmələr başa düşülməməlidir. Çünki bu islahatlar kompleks məsələdir. Birincisi, ədalət mühakiməsini təmin edən qanunvericilikdən söhbət gedə bilər. Zaman-zaman qanunvericilikdə təkmilləşdirmə işləri aparılır. Məsələn, 10 fevral 2017-cı ildə cinayət məcəlləsinin kriminallaşdırılması ilə bağlı prezident İlham Əliyevin sərəncamı olub. Ondan sonra 300-ə yaxın maddədə dəyişiklik edilib. Bununla yanaşı, Ədliyyə Nazirliyinin Probasiya xidməti və alternativ cəza sistemi yaradıldı. Hazırda bu istiqamət üzrə işlər davam etdirilir.

İkinci mərhələdə istintaq məsələsi durur. Bu sahədə müəyyən problemlər mövcuddur. Hətta prezident də öz sərəncamında bu problemləri qeyd etmişdi. Təqsirləndirilən şəxslər barədə qəti-imkan tədbiri kimi ən çox həbsin seçilməsi və s. məsələlərlə bağlı islahatlara ehtiyac var. Məhkəmələrdə hakimlərin sayının, onların peşəkarlığının artırılması, müdafiə institutunun gücləndirilməsinə dair addımların atılması da vacibdir.

Sahib Məmmədov: “Hazırda Vəkillər Kollegiyasında çox ciddi islahat gedir”.

Prezidentin vəkilliyin inkişafı ilə bağlı iki sərəncamı var. Hazırda Vəkillər Kollegiyasında çox ciddi reforma gedir. Belə ki, vəkillərin sayının artırılması nəzərdə tutulur. Hətta iki gün sonra, yəni martın 30-da vəkilliyə qəbul üzrə test imtahanı olacaq.

Digər mərhələ isə məhkəmə qərarlarının icrası ilə bağlıdır. Burada görülməsi vacib olan müəyyən işlər var. Bütün bu proseslər kompleks şəkildə məhkəmə islahatları kimi başa düşülür.

Təəssüf ki, islahat dedikdə konkret məhkəməni nəzərdə tutan şəxslərin sayı daha çoxdur. Halbuki ədalət mühakiməsi təkcə məhkəmədən ibarət deyil. Onun içində istintaq, müdafiə və s. amillər də var. Və nəhayət, mülki mübahisələrin məhkəməyə qədər alternativ həlli mexanizmi, yəni, mediasiya institutu yaradılır. Bu isə dolayı yolla məhkəmə hakimiyyətinin islahatına yönələn tədbirdir.

Mən məhkəmə sistemində aparılan islahatların ümumilikdə vətəndaş cəmiyyətinin formalaşmasına müsbət nəticə verəcəyini düşünürəm. Bir daha qeyd edim ki, bu istiqamətdə hakimlərin peşəkarlığının atrılmasına da ciddi ehtiyac var”.

Sahib Məmmədov: “Ailədə münaqişə yarananda mediasiya funksiyasını iki tərəfin ağsaqqalları və ya kəndin nüfuzlu adamı yerinə yetirirdi”.

Mediasiya institutunun fəaliyyətinin boşanmaların sayına təsirinə gəldikdə isə Sahib Məmmədov bildirib ki, bu institut öz funksiyalarını düzgün şəkildə yerinə yetirərsə, müsbət təsirləri olacaq:

"Boşanmaların sayının çoxalması cəmiyyətin inkişafı ilə bağlıdır. Neqativ tərəf boşanmaların sayının artmasıdır. Lakin bu proses yanlız məhkəməyə bağlı olan bir məsələ deyil. Mediasiya institutu yaxşı fəaliyyət göstərsə, müsbət təsiri ola bilər. Əslində min illər ərzində bizdə qeyri-formal mediasiya institutu olub.

Məsələn, ailədə münaqişə yarananda mediasiya funksiyasını iki tərəfin ağsaqqalları və ya kəndin nüfuzlu adamı yerinə yetirirdi. Onlar ailəyə söhbət edirdilər, barışdırandan sonra gedirdilər. İndi isə bu proses hüquqi mediasiya mexanizmi şəklində olacaq”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.

Vahid

Islahatı seçki islahatından başlamaq lazımdır.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar