Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşünə lüzum varmı?

Politoloq: “Tərəflər arasında razılığın əldə olunması üfüqdə belə görünmür”

“Paşinyan qondarma Dağlıq Qarabağ rejimində öz adamlarını oturtmadan Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmayacaq və güzəştlərə getməyəcək”.

Bu sözləri politoloq Natiq Miri iki gün sonra, martın 29-da baş tutacaq Əliyev-Paşinyan görüşünün təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri martın 29-da Vyanada görüşəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq. Bundan əvvəl isə ABŞ-ın Dövlət Katibi Pompeo AzərbaycanErmənistanın sülhə yaxın olduqlarını yazıb. Həmçinin Pompeo Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına sadiq qaldığını da qeyd edib. Lakin Paşinyanın verdiyi mesajlar bunun əksini göstərməkdədir.

Qeyd edək ki, Azərbaycan prezidentləri 25 ildən artıq dönəmdə Ermənistan rəhbərləri ilə görüşlər keçirib. Lakin bu görüşlər münaqişənin həllinə heç bir müsbət təsir göstərməyib. Bu görüşlərdən sonra bir qayda olaraq atəşkəs rejiminin qorunması və problemin sülh yoluyla həll olunması ilə bağlı tərəflərin razılaşması haqda standart bəyanatlar verilib.

Lakin bu bəyanatlar belə özünün əhəmiyyətsizliyini çoxdan ortaya qoymuş durumdadır. 30 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olmasına baxmayaraq, vasitəçi rolunda olan ATƏT-in Minsk qrupu hər dəfə eyni bəyanatları səsləndirməklə faktiki olaraq Azərbaycan torpaqlarında erməni işğalının davam etməsinə yol açır. Bununla da ikili standartlardan çıxış edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri əslində regionda və bütün dünyada işğalın və terrorun genişlənməsinə xidmət göstərdiklərini nümayiş etdirməkdədirlər.

Bütün hallarda iki gün sonra ölkə rəhbərlərinin Vyanada baş tutacaq görüşündə AzərbaycanErmənistanın razılıq əldə etmək ehtimalı mövcuddurmu? Əgər belə ehtimal yerli-dibli yoxdursa, onda bu görüşə lüzum varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Bu gün Dağlıq Qarabağ problemində hansısa güzəştlərə getmək üçün Paşinyan həm Qarabağ klanı, həm də ölkəsindəki müxalifətdən ciddi qorxur və Ermənistanın baş naziri şəkildə narahatlıq hiss edir”.

İki gün sonra baş tutacaq Vyana görüşündə hansısa siyasi nəticənin əldə olunmayacağını qeyd edən politoloq Natiq Miriyə görə, Qarabağ münaqişəsinin həllinə Ermənistan tərəfi hələ ki, hazır deyil:

“Əslində tərəflər arasında razılığın əldə olunması üfüqdə belə görünmür. Münaqişə tərəflərinin problemin həllinə yönəlik münasibətlərində ən azından bir diametral yaxınlaşma müşahidə olunmalıdır ki, hansısa konkret siyasi nəticələrə varmaq mümkün olsun. Lakin Ermənistan tərəfi, xüsusən də baş nazir Nikol Paşinyanın açıqlamalarından onun Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik hansısa güzəştlərə hazır olduğu hiss olunmur. Hətta Paşinyan bu görüşlərdə Dağlıq Qarabağ probleminin detalları üzrə müzakirənin olduğunu da etiraf etmir.

Paşinyanın açıqlamalarından görünür ki, indiyə qədər Azərbaycan rəhbərliyi ilə ayaqüstə baş tutan görüşlərdə Dağlıq Qarabağ problemi əsaslar üzrə heç vaxt müzakirə olunmayıb. Yəni, təşkil olunan bütün görüşlər sırf görüş xətrinə baş tutub. Bu cür görüşlərdən isə konkret siyasi nəticələrin olacağını gözləmək əbəsdir.

Düşünürəm ki, növbəti görüşdə də tərəflər arasında diametral yaxınlaşma mövcud olmayacaq. Bu fonda hansısa ciddi nəticələrdən danışmaq mümkün deyil. Əgər Vyana görüşü baş tutarsa, konkret siyasi nəticələrin olacağını gözləmək özünü aldatmaqdır.

Natiq Miri: “ Yeni hakimiyyətə gələn Paşinyan hökuməti Qarabağ münaqişəsinin həlli üçün öncəliklə daxili məsələlərini həll etməlidir”.

Ən azından Ermənistan tərəfi razılığa hazır deyil. Bu gün Dağlıq Qarabağ problemində hansısa güzəştlərə getmək üçün Paşinyan həm Qarabağ klanı, həm də ölkəsindəki müxalifətdən ciddi qorxur və Ermənistanın baş naziri şəkildə narahatlıq hiss edir. Bu baxımdan Paşinyanın yaxın zaman çərçivəsində özü üçün böyük hərbi-siyasi problem yaradacağını düşünmürəm.

Onu da nəzərə almaq lazımdır ki, Paşinyanın qondarma Dağlıq Qarabağ rejimi ilə müəyyən problemləri var. Paşinyan bu rejimə öz adamlarını oturmadan Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmayacaq və güzəştlərə getməyəcək. Buna görə də siyasi-iqtisadi-hərbi baxımdan Ermənistan ərazisində, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən qondarma Qarabağ rejimində Paşinyanın beli bağlı olmalıdır. Lakin bu gün Ermənistanda həmin vəziyyət müşahidə olunmur.

Yeni hakimiyyətə gələn Paşinyan hökuməti Qarabağ münaqişəsinin həlli üçün öncəliklə daxili məsələlərini həll etməlidir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar