Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni vergi qaydaları qiymət artımı yaradır? - Ekspert açıqladı...

Ekspert: “Artıq kiçik və orta sahibkarlar müəyyən qarşlıqla bu və ya digər formada vergi gizlədə bilmirlər. Ona görə də sahibkarlar qiymətləri qaldırmaqla bunun əvəzini çıxmağa çalışırlar”

Azərbaycanda vergi dərəcələri Mərkəzi Avropa vergi dərəcələrindən aşağıdır. Düzdür, Gürcüstan və Ermənistanla müqayisədə bir qədər yüksəkdir. Ancaq 100 manata düşən şərti vergini qonşu ölkələrlə müqayisə etsək, çox da fərqlənmir”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli vergi qaydalarının dəyişiklikləri və qiymət artımı məsələsini PİA.az-a şərh edərkən bildirib.

Bəzi ekspertlər hesab edirlər ki, yanvarın 1-dən sonra qüvvəyə minmiş yeni vergi qaydaları ölkədə qiymətlərin artmasına səbəb olur. Aparılan monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Vergi qaydalarının dəyişiklikləri ilə bağlı təqdimatda iddia olunurdu ki, bu addımlar kiçik və orta biznesin vergi yükünün azalmasına səbəb olacaq və bu da qiymətlərin, xüsusəndə yerli malların qiymətlərinin artmasının qarşısını alacaq. O zaman niyə görə yeni vergi qaydaları qiymət artımına yol açır? Hazırda ölkədə qiymət artımında yeni vergi qaydalarının təsiri ilə bağlı nə demək olar?

Mövzu ilə bağlı PİA.azın əməkdaşı İqtisad elmləri namizədi, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirlinin fikirlərini öyrənib.

Nazim Bəydəmirli: “Vergilər Nazirliyinin rəhbəriliyi dəyişdikdən sonra, yəni təxminən il yarımdır ki, kölgə iqtisadiyyatı ilə ciddi mübarizə aparılır. Bu baxımdan, əvvəllər gizlədilən vergilərin, indi qeydiyyatı rəsmiləşdirilir və dövriyyə gizlətmələri aşağı olur”.

İqtisadçı Nazim Bəydimirli PİA.az-a açıqlamasında irəli sürülən bu fikirlərlə razı olmadığını bildirib. İqtisadçının fikrincə Azərbaycanda vergi dərəcələri ilə bağlı iddialar əsassızdır və Azərbaycandakı vergi dərəcələri digər dövlətlərin, xüsusən də qonşu dövlətlərin vergi dərəcələri ilə uyğunluq göstərir. Həmçinin, iqtisadçı qeyd edib ki, Vergilər Nazirliyində olan kadr dəyişikliyindən sonra gizlədilən vergilərin rəsmiləşdirilməsi daha dəqiq şəkildə tənzimlənir:

“Əslində, vergi dərəcələrinin yüksək olması və bundan da qiymətlərin artması ilə bağlı fikirlər əsassızdır. Azərbaycanda vergi dərəcələri Mərkəzi Avropa vergi dərəcələrindən aşağıdır. Düzdür, Gürcüstan və Ermənistanla müqayisədə bir qədər yüksəkdir. Ancaq 100 manata düşən şərti vergini qonşu ölkələrlə müqayisə etsək, çox da fərqlənmir. Bu baxımdan, vergi dərəcələrinin artırılması ilə bağlı ölkədə qiymət arımı yaratması barədə deyilən fikirlər doğru deyil.

Vergilər Nazirliyinin rəhbəriliyi dəyişdikdən sonra, yəni təxminən il yarımdır ki, kölgə iqtisadiyyatı ilə ciddi mübarizə aparılır. Bu baxımdan, əvvəllər gizlədilən vergilərin, indi qeydiyyatı rəsmiləşdirilir və dövriyyə gizlətmələri aşağı olur. Yəni vergi məcəlləsində edilən dəyişikliklər və aparılan istər kadr, istərsə də struktur islahatları vergi gizlətmələrinin səviyyəsini aşağı salb. Artıq kiçik və orta sahibkarlar müəyyən qarşlıqla bu və ya digər formada vergi gizlədə bilmirlər. Ona görə də sahibkarlar qiymətləri qaldırmaqla bunun əvəzini çıxmağa çalışırlar.

Bu baxımdan bir müddət bu prossesi normal hal kimi qarşılamaq lazım gələcək. Və mən deyim ki, kölgə iqtisadiyyatın ortadan qalxması iş adamlarını, kiçik və orta biznesi müflisləşdirməyəcək. Əksinə bir müddətdən sonra onlar daha effektiv çalışacaqlar.

Əvvəlki illərdə sadələşdirilmiş vergi adı altında müxtəlif şirkətlər, əslində öz dövriyyələrini bölərək vergidən yayınmağa cəhd edirdilər. İndi isə onlar bunu edə bilmirlər və gəlirlərini gizlədə bilmirlər. İOna görə də mən verginin gəlirləri və xərcləri nisbətdə tətbiq edilməsini normal addım kimi qiymətləndirirəm və bu istər Azərbaycan iqtisadiyyatının, istərsə də xalqın rifahının inkişafını stimullaşdıracaq. Sadəcə bunun üçün bir qədər zamanın keçməsi lazımdır”.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar