Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxülislam Səudiyyəyə nümayəndə heyəti göndərdi

Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu il Həcc ziyarətinə yola düşəcək zəvvarların səfəri ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə yaranan anlaşılmazlığı müzakirə etmək üçün yenidən bu ölkəyə yola düşüb.

QMİ-dən verilən məlumata görə, nümayəndə heyətinə idarənin sədr müavini Hacı Salman Musayev, Həcc şöbəsinin müdir müavini Vidadi Hüseynov və idarənin Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Vüsal Cahangiri daxildir.

Azərbaycanlı zəvvarların yerləşəcəyi otellər, onların qiymətləri, eyni zamanda digər xərclərin qiymətləri ilə bağlı yaranmış anlaşılmazlığı müzakirə edəcək nümayəndə heyəti Səudiyyə Krallığının Həcc Nazirliyinin ziyarətlə bağlı protokol iclasına da qatılacaq.

Qeyd edək ki, QMİ nümayəndə heyəti bu il yanvarın əvvəlində Səudiyyə Krallğında səfərdə olub və Azərbaycandan bu il Həcc ziyarətinə sənədlərin qəbulunun elanı fevralın 1-ə gözlənilirdi.

Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar