Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ADA" Universitetinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Fərmanda qeyd olunur:

"ADA" Universitetinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndə "səviyyələri" sözündən sonra "və orta ixtisas təhsili" sözləri, ikinci halda "ali" sözündən sonra ", orta ixtisas" sözləri əlavə edilsin;

1.2. 2.1-ci bəndin ikinci cümləsinə "institutlar" sözündən sonra ", kolleclər" sözü əlavə edilsin;

1.3. 5.1.2-ci yarımbəndə "ali" sözündən sonra "və orta ixtisas" sözləri əlavə edilsin;

1.4. 5.2.1-ci yarımbənddən "üzrə üç səviyyədən ibarət" sözləri çıxarılsın və həmin bəndə "doktorantura" sözündən sonra ", habelə orta ixtisas təhsili üzrə" sözləri əlavə edilsin;

1.5. 5.5-ci bəndin birinci cümləsinə "magistratura" sözündən sonra ", habelə orta ixtisas" sözləri əlavə edilsin.

Dəyişikliyə əsasən ADA Universiteti ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili üzrə kadr hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi olacaq.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Müstəqil olmaq istəyən respublikanın lideri dəstək üçün Rusiyaya səfər edəcək

Netanyahunun ofisi: Baydenin Qəzza planı “yaxşı anlaşma deyil”, lakin İsrail bunu qəbul edəcək...

FT: Putin Si ilə görüşdə “Sibirin gücü-2”, Ukrayna və banklardan danışıb...

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

Ən çox oxunanalar