"Heç vaxt qəhvə içməmişəm. O qədər narkotikdən istifadə etmişəm ki, qəhvə heç bir effekt verməzdi"
Bu sözləri əfsanəvi boksçu Mayk Tayson deyib.
Məşhur idmançı UFC-nin şərhçisi Co Roqanın verilişində qonaq olub. "Dəmir Mayk" həyatı ilə bağlı şok etiraflar edib: "İlk dəfə 10-11 yaşımda narkotikdən istifadə etdim. İçirdim, çəkirdim. Bir az böyüyəndə "turşu"dan da yararlandım. Mən balaca olanda tez yatmağım üçün anam mənə likör və marixuana verirdi. Amma kömək etmirdi. Onun özü isə içkilərə aludə idi.
İndi marixuana becərirəm. 2022-ci ildə ranço açacam. Gölün kənarında gözəl mənzərədi. Vəhşi heyvanların olub-olmayacağını tərəfdaşlarla müzakirə edəcəyik. Uğursuz gündən sonra marixuana çəkirəm. Bu da məni fəal və pozitiv edir. Çəkəndə özümün də özümdən xoşum gəlmir. Fərqli oluram". (fanat.az)
pia.az