Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTK-lar daha sakinləri “işıq pulu” adı altında soya bilməyəcək

“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb

Belə ki, xidmətlər sırasına daha 2 yeni xidmət əlavə olunub. Bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması” xidmətləri fəaliyyətə başlayıb.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, indiyə qədər bir sıra Mənzil Tikinti Kooperativləri (MTK) çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan “Azərişıq ASC”-yə adiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu.

İndi isə şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədi ilə “ASAN xidmət” mərkəzlərində yaradılan “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” xidməti Azərişıq ASC ilə MTK, MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununlada çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan qoşulma haqqı tələb olunmayacaq. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.

“ASAN xidmət” vasitəsi ilə yeni yaradılan “Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətinə gəldikdə isə burda da sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar