Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda növbəti devalvasiya addımları atıla bilər” - Natiq Cəfərli

İqtisadçı ekspert: “İnzibatı qaydada tənzimləməyə görə manatın məzənnəsinin sabit qalması inflyasiya proseslərini də azaltdı”

“Orta illik inflyasiyanın bu qədər kəskin şəkildə azalmasının digər səbəbi isə yerli istehsalda müəyyən artımların müşahidə olunmasıdır”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli orta illik inflyasiyanın kəskin şəkildə azalmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

2018-ci iln yekununda Azərbaycanda orta illik inflyasiya 2017-ci ildəki 12.9%-dən 2.3%-ə qədər azaldılıb və Mərkəzi Bank (AMB) onu 2019-cu ildə 4% (plyus-minus 2%) səviyyəsində saxlamağı planlaşdırır.

Bu barədə Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri üzrə hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2018-ci ildə inflyasiya gözlənildiyindən daha sürətli templə azalıb və birrəqəmli göstəricidə sabitləşib. İstehlak zənbilinə daxil olan məhsulların 23 faizə yaxını ucuzlaşıb, 7 faizinin qiyməti dəyişməz qalıb, 62 faizi isə bahalaşsa da, bu artım beş faizi keçməyib.

Manatın məzənnəsinin dayanıqlığı inflyasiyanın azalmasında əsas rol oynayan amillərdən biri olub.

Orta illik inflyasiyanın bu qədər kəskin şəkildə azalmasını hansı iqtisadi prosseslərlə əlaqələndirmək olar? Bu kəskin azalma tempi inzibati yollarla həyata keçirilib, yoxsa hər şey bazar qanunlarına uyğun şəkildə baş verib?

Bu mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Natiq Cəfərli: “Artıq Mərkəzi Bankın özü də etiraf etdi ki, Azərbaycanda “üzən məzənnə” rejimi yoxdur”.

Azərbaycanda statistik məlumatların hesablanması qaydasında müəyyən problemlərin olduğunu nəzərə çatdıran iqtisadçı ekspert əlavə edib ki, bizdə indiqatorların doğru-düzgün seçilməsi və inflyasiyanın hesablanması məsələsi həmişə suallar doğurur. Çünki həmişə reallıqla rəsmi inflyasiya arasında müəyyən qədər fərq yaranır:

“Əslində Azərbaycanda statistik məlumatların hesablanması qaydasında müəyyən problemlər var. Bizdə indiqatorların doğru-düzgün seçilməsi və inflyasiyanın hesablanması məsələsi həmişə suallar doğurur. Çünki həmişə reallıqla rəsmi inflyasiya arasında müəyyən qədər fərq yaranır.

Amma 2018-ci ildə inflyasiyanın aşağı düşdüyünü gördük. Həm də keçən il qiymət artımının surəti 2017-ci ilə nisbətən azaldı. Bunun əsas səbəbi manatın daha sabit olması oldu. Yəni keçən ildə demək olar ki, manatın məzənnəsi dəyişməz qaldı. İnzibati resurslar, inzibati tənzimləmələr hesabına idarə olunan məzənnə rejimi 2018-ci ildə davam etdi. Artıq Mərkəzi Bankın özü də etiraf etdi ki, Azərbaycanda “üzən məzənnə” rejimi yoxdur. Yəni rəsmi açıqlamalara görə “üzən məzənnə”nin tətbiq edilməsi 2020-ci ilə qədər təxirə salındı.

Natiq Cəfərli: “Həm dolların, həm də manatın sabitləşməsi istər-istəməz idxal mallarına pozitiv təsir göstərir və ölkədəki qiymət artımının səbəbini də azaldır”.

Bir daha qeyd edim ki, inzibatı qaydada tənzimləməyə görə manatın məzənnəsinin sabit qalması inflyasiya proseslərini də azaltdı. Çünki ölkənin idxaldan asılılığı kifayət qədər yüksək səviyyədədir. Yəni istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarında idxaldan kifayət qədər asılı ölkəyik. Buna görə də həm dolların, həm də manatın sabitləşməsi istər-istəməz idxal mallarına pozitiv təsir göstərir və ölkədəki qiymət artımının səbəbini də azaldır.

Orta illik inflyasiyanın bu qədər kəskin şəkildə azalmasının digər səbəbi isə yerli istehsalda müəyyən artımların müşahidə olunmasıdır. Əsasən aqrar sektorda, kənd təsərrüfatı məhsullarında istehsal artdı. Bu da inflyasiyaya pozitiv təsir göstərən amillərdən birinə çevrildi”.

Eyni zamanda iqtisadçı ekspert Natiq Cəfərli il ərzində neftin qiyməti enməkdə davam edərsə, Azərbaycan iqtisadiyyatında nələrin baş verəcəyini də PİA.az-a şərh edib.

Bilirik ki, ötən ilin sonlarından başlayaraq neftin qiyməti aşağı düşür. Qeyri-neft sektoru neftin qiymətində olan enmə-qalxma prosseslərindən yaranan ziyanları kompensasiya etməyə qadirdirmi, yoxsa il ərzində neftin qiyməti enməkdə davam edərsə, Azərbaycan iqtisadiyyatında hansısa kataklizmlərin baş vermə ehtimalı var?

İqtisadçı ekspert təəssüflə bildirib ki, qeyri-neft sektoru neftin qiymətində olan enmə-qalxma prosseslərindən yaranan ziyanları kompensasiya etməyə qadir deyil:

“Çox təəssüf ki, qeyri-neft sektoru neftin qiymətində olan enmə-qalxma prosseslərindən yaranan ziyanları kompensasiya etməyə qadir deyil. Çünki ölkədə qeyri-neft sektorunun həcmi kifayət qədər aşağıdır. Son illərdə ixracatda qeyri-neft sektorunun payı 7-8%-i keçmir.

Artıq keçən ilin noyabr ayının bütün göstəriciləri açıqlanıb və dekabr ayının göstəriciləri də yaxın günlərdə açıqlanacaq. Dekabr göstəriciləri açıqlanandan sonra ilin tamamına daha diqqətlə baxa biləcəyik. Amma noyabr ayının göstəriciləri onu göstərir ki, qeyri-neft sektorunun ixracatdakı həcmi 7-8%-i keçmir. Bu da onu deməyə əsas verir ki, həcm olaraq qeyri-neft sektoru hələlik kifayət qədər kiçik həcmdədir.

Natiq Cəfərli: “Əgər neft qiymətlərində daha kəskin enmələr olarsa, məsələn neftin qiyməti 50 dollardan aşağı düşəcəksə, Azərbaycanda ümumi daxili məhsulun azalması və manata olan basqıların artması nəticəsində növbəti devalvasiya addımları da atıla bilər”.

Qeyri-neft sektorunun həcminin kiçik olması da istehsalın, ixracatın həcminin, daxili bazarda təminatın həcminin az olması neftdən asılılığın kifayət qədər yüksək olduğunun bariz nümunəsidir. Əgər Azərbaycan büdcəsinin 65%-i birbaşa neftdən, ixracatın da az qala 90-91%-i neft amilindən, enerji sektorundan asılıdırsa, təbii ki, qeyri-neft sektoru neft qiymətlərindən azalmasından doğan itkiləri kompenasiya edə bilməyəcək.

Əgər neft qiymətləri ucuzlaşmaqda davam edəcəksə və neftin qiyməti 60 dollardan aşağı olacaqsa, bu zaman Azərbaycan iqtisadiyyatının bütün göstəricilərinə, yəni makro-iqtisadi göstəricilərə, manatın məzənnəsinə mənfi təsirləri daha çox hiss olunmağa başlayacaq. Əgər neft qiymətlərində daha kəskin enmələr olarsa, məsələn neftin qiyməti 50 dollardan aşağı düşəcəksə, Azərbaycanda ümumi daxili məhsulun azalması və manata olan basqıların artması nəticəsində növbəti devalvasiya addımları da atıla bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Ən çox oxunanalar