Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan manatının “üzən məzənnə” rejiminə keçidi necə mümkündür?

İqtisadçı-ekspert: “Manatın “üzən məzənnə”yə keçid neftin qiymətindən daha çox asılı olacaq”

“Əgər neftin qiyməti proqnozlaşdırılandan yuxarı olarsa, bu zaman ola bilsin ki, hökumət “üzən məzənnə”yə keçidlə bağlı qərarın müddətini daha da artırsın”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Mərkəzi Bankın 2020-ci ildə planlaşdırılan “üzən məzənnə”yə keçid rejimini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan “üzən məzənnə”yə 2020-ci ildə keçməyi planlaşdırır.

“Amma bundan əvəl biz “lövbər” hədəfini müəyyənləşdiririk. İndiki halda pul bazası, daha sonra isə qısa müddətli faiz dərəcəsi olacaq və beləliklə, monetar siyasət inflyasiyanın hədəflənməsinə keçəcək.
Amma bunun üçün həm biznes mühiti həm də pul bazarının inkişafı, o cümlədən Mərkəzi Bankla biznes mühiti arasında olan etimad mühitinə çox böyük ehtiyac var” - deyə icraçı direktor bildirib.

Qeyd edək ki, bundan bir il əvvəl Mərkəzi Bank “üzən məzənnə”yə keçildiyini bildirmişdi. Ümumiyyətlə fond birjalarının fəaliyyət göstərmədiyi Azərbaycanda manatın “üzən məzənnə”yə keçidi mümkündür? Həmçinin manatın hazırkı real dəyəri barədə nə demək mümkündür və”üzən məzənnə” şəraitində inflyasiyanı tənzimləmək mümkün olacaqmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Hazırda “üzən məzənnə” rejiminə keçirilsə, neftin qiymətindən asılı olaraq məzənnənin strukturu dəyişəcək. Bu baxımdan da inflyasiyanın tənzimlənməsi artıq hökumət üçün daha ciddi problemə çevriləcək”.

Əgər 1 barrel neftin qiyməti 50-55 ABŞ dollarından aşağı olarsa, bu zaman tədiyə balansında mövcud tarazlığın tənzimlənməsi məqsədi ilə hökumət “üzən məzənnə” rejiminə keçidlə bağlı qərarın müddətini əvvələ çəkə biləcəyini vurğulayan iqtisadçı-ekspert əlavə edib ki, bu proses hətta 2019-cu ildə də baş tuta bilər:

Azərbaycanda maliyyə bazarlarının inkişafı baxımından fond birjalarının olması yaxşıdır. Amma manatın “üzən məzənnə”yə keçməsi ilə fond birjalarının birbaşa əlaqəsi yoxdur. “Üzən məzənnə” rejimi platformada banklar arası valyuta alışı-satışı və s. işlərdə istifadə oluna bilir.

Artıq Mərkəzi Bank bir neçə ay bundan əvvəl açıqlamışdı ki, Azərbaycanda manatın “üzən məzənnə” rejiminə keçidi 2020-ci ildə baş tutacaq. Təbii ki, 2017-ci ilin əvvəlində hökuməti “üzən məzənnə” rejiminə keçidlə bağlı siyasətini ortaya qoymuşdu. Hətta Mərkəzi Bank və digər dövlət rəsmiləri də bəzi hallarda bunu iddi edirdilər.

Dəfələrlə bizim deməyimizə baxmayaraq Mərkəzi Bank iddia edirdi ki, Azərbaycanda “üzən məzənnə” rejimidir. Halbu ki, manatın məzənnəsi nə qlobal, nə də daxili fruktasiyalara reaksiya vermirdi. Yəni bu mümkünsüzdür. Nəhayət ki, Mərkəzi Bank 2-3 ay bundan əvvəl etiraf etdi ki, Azərbaycanda tənzimlənən məzənnə rejimidir və 2020-ci ildə “üzən məzənnə” rejiminə keçid olacaq.

Düşünürəm ki, ölkədə “üzən məzənnə”yə keçid neftin qiymətindən daha çox asılı olacaq. Əgər neftin qiyməti proqnozlaşdırılandan yuxarı olarsa, bu zaman ola bilsin ki, hökumət “üzən məzənnə”yə keçidlə bağlı qərarın müddətini daha da artırsın. Yəni hökumət “üzən məzənnə” rejiminə keçidi növbəti illərə saxlaya bilər.

Rəşad Həsənov: “Qısa müddətli dövrdə bu nəticələrin əldə edilməsi mümkünsüz olacaq və “üzən məzənnə” rejiminə keçilərsə, bu zaman inflyasiyanın surəti artacaq”.

Amma ola bilsin ki, hazırda neftin qiymətində başlamış kəskin ucuzlaşma prosesi surətlənsin. Əgər 1 barrel neftin qiyməti 50-55 ABŞ dollarından aşağı olarsa, bu zaman tədiyə balansında mövcud tarazlığın tənzimlənməsi məqsədi ilə hökumət “üzən məzənnə” rejiminə keçidlə bağlı qərarın müddətini əvvələ çəkə bilər. Yəni bu proses hətta 2019-cu ildə də baş tuta bilər. Bir daha qeyd edim ki, burada birbaşa həll edici faktır neftin qiyməti olacaq.

Onu da bildirim ki, “üzən məzənnə” şəraitində inflyasiyanın tənzimlənməsi barədə artıq təcrübə var. Yəni 2016-2017-ci ildə baş verən devalvasiya hadisələrinə baxanda inflyasiyanın tənzimlənməsi barədə təcrübənin olduğunu deyə bilərik.

Ümumiyyətlə Azərbaycanda maliyyə bazarları kifayət qədər kiçikdir. Hazırda “üzən məzənnə” rejiminə keçirilsə, neftin qiymətindən asılı olaraq məzənnənin strukturu dəyişəcək. Bu baxımdan da inflyasiyanın tənzimlənməsi artıq hökumət üçün daha ciddi problemə çevriləcək.

Rəşad Həsənov: ““Üzən məzənnə” şəraitində inflyasiyanın tənzimlənməsi barədə artıq təcrübə var”.

2017-ci hökumət birrəqəmli inflyasiya proqnozlaşdırdığı halda inflyasiya 13% ətrafında dəyişdi. Bu onu deməyə əsas verir ki, “üzən məzənnə” rejimində risk faktoru nəzərə alınaraq ölkədə inflyasiyanın həcmi surətlənir, artır.

Bunu tənzimləmək isə alternativ alətlərdən istifadə edilməsi yolu ilə müəyyən qədər mümkün ola bilər. Bu da hansısa formada yerli istehsalın təşfiq olunması, inkişaf etdirilməsi, idxaldan asılılığın aradan qaldırılması və yaxud azaldılması kimi məsələlərdir ki, bu da Azərbaycanın yaxın və orta müddətli dövrdə nail ola bilməyəcəyi məsələlərdir.

Bunun üçün uzun müddətli dövrdə həyata keçirilən kompleks tədbirlər nəticəsində iqtisadiyyatın liberallaşmasına ehtiyac var. Qısa müddətli dövrdə bu nəticələrin əldə edilməsi mümkünsüz olacaq və “üzən məzənnə” rejiminə keçilərsə, bu zaman inflyasiyanın surəti artacaq”.

Nərminə UMUDLU
pia.az

 

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar