Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxülislam İspaniyaya gedir

Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniyaya səfərə yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniyaya səfərə yola düşür.

İdarədən verilən məlumata görə, səfərdə məqsəd Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birlikdə təşkil etdiyi «Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini vermək məramı daşıy

an Beynəlxalq Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmək kimi qlobal ideyalarının, habelə mədəniyyətlətarası dialoqa dair 10 illik Bakı Prosesinin həyata keçirdiyi məramların inkişafı və beynəlxalq müstəvidə davamlı təbligi və təşviqi işinə xidmət edir. Beynəlxalq Konfransın əsas məqsədi: dinlər və sivilizasiyalararası dialoqun əməkdaşlığa doğru inkişaf etdirilməsi; dini tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ olunması; müasir dünyanı narahat edən problemlərə, təhdid və çağırışlara dair Konfrans iştirakçılarının birgə mövqeyinin bildirilməsidir.

"Multikulturalizm İli", "İslam Həmrəyliyi İli" çərçivəsində ötən illərdə İspaniyada keçirilmiş mötəbər forumların ardınca Madriddə sayca üçüncü Beynəlxalq Konfransda Azərbaycan Respublikasının hökumət və parlament üzvləri, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və dini tolerantlığın Azərbaycan modelini dünya ictimaiyyətinə təqdim etmək məqsədilə təşkil olunan beynəlxalq tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər ölkəmizdəki dini konfessiyaların başçıları — RPK-nin BakıAzərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının Yepiskopu Vladimir Fekete təmsil edəcəklər.

İspaniya Ədliyyə Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan bu beynəlxalq tədbirdə İspaniyanın yuksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri, o cümlədən, Madrid Arxiyepiskopu Karlos Siyerra iştirak edəcəklər.

İki gün davam edəcək Beynəlxalq Konfranda 40-dək çıxış və məruzə dinləniləcək. Konfransın ikinci günündə beynəlxalq tədbir öz işini Madriddəki Françesko de Vitoria Universitetində davam etdirəcəkdir. Burada məruzələr dinləniləcək, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparılacaq

##relatedPostMilli##Konfransın sonunda Yekun sənədin qəbulu nəzərdə tutulur.

İspaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.

Azərbaycan-İspaniya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən Madrid Beynəlxalq Konfransında 260-dək xarici qonaq olmaqla, ümumilikdə 1000-ə yaxın iştirakçının -- Azərbaycan, İspaniya ilə yanaşı Avropa, Asiya, Latın Amerikası, Afrikanın ümumilikdə 40 ölkəsindən tanınmış dövlət, hökümət rəsmilərinin, o cümlədən, dünyanın müxtəlif dövlətlərinin sabiq dövlət və hökumət başçılarının; dünyanın nüfuzlu dini mərkəzlərinin təmsilçilərinin -- Müqəddəs Taxt-Tacın (Vatikan) kardinalı, Rus Pravoslav Kilsəsinin xüsusi nümayəndəsinin, dini konfessiya rəhbərlərinin, o cümlədən, tanınmış müftilərin, baş ravvinlərin; beynəlxalq təşkilat rəhbərlərinin, İspaniyada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin; nüfuzlu ziyalıların, universitet rektorlarının, habelə tanınmış iş adamlarının iştirakı nəzərdə tutulur.(trend.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar