Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərdüşt Əlizadə: "Moskva deyir ki, Ermənistan mənim bostanımdır"

"Rusiya Amerikaya deyir ki, Ermənistan mənim bostanımdır, mənim bostanıma girmə"

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Con Boltonun Ermənistanda səsləndirdiyi fikirlərlə bağlı açıqlamasını Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Amerikanın Cənubi Qafqazda, o cümlədən Ermənistanda öz mövqelərini gücləndirməsi, xüsusilə silah satışı bazarına girmək cəhdləri Rusiyanı əsəbiləşdirir:

Rusiya deyir ki, qardaş, bura axı mənim bostanımdır. Nahaq yerə əziyyət çəkib özünü əziyyətə salma. Mən Ermənistana tam nəzarət edirəm. Ermənistanın xarici sərhədlərinə Rusiya kəşfiyyat idarəsinin qoşunları nəzarət edir. Orada Rusiyanın hərbi bazası var. Ermənistan ordusu Rusiyanın tam nəzarətindədir. Son hadisələr göstərdi ki, Paşinyan da daxil olmaqla Ermənsitanın siyasi hakimiyyəti Rusiyanın tam nəzarətindədir. Ona görə də Boltona deyirlər ki, özünü nahaq əziyyətə salma. Bu mənim bostanımdır”.

Z.Əlizadə əlavə edib ki, parlament artıq bir dəfə Paşinyanın əleyhinə səs verib, indi ikinci dəfə əleyhinə səs verəcək: "Ondan sonra parlament özünü buraxacaq və dekabrın 9-10-da parlament seçkisi keçiriləcək. O zaman Paşinyan səslərin azı 70 faizini götürəcək. Yeni parlament artıq mütləq əksəriyyətə söykənən şəxs kimi onu seçəcək.

Bundan sonra o Ermənistanda istədiyini siyasəti yürüdə biləcək. Təbii ki, Rusiyanın istəklərini yerinə yetirməyə çalışacaq. Rusiyanın bir istəyi var ki, Qarabağ münaqişəsi həll edilməsin. Buna görə Paşinyan sülh danışıqlarını əvvəlki formatda davam etdirəcək. Heç bir yeni təşəbbüslər olmayacaq. Yəni, münaqişə həll edilməsin, Ermənistan Rusiyanın nəzarətində qalsın. Rusiyanın istəyi budur. Paşinyan da bu istəyi yerinə yetirəcək. Amma Ermənistan daxilində müəyyən dəyişkliklər edəcək. Ola bilsin yenidən konstitusiya islahatına getsin. Ancaq hər halda çalışacaq ki, iri oliqarxların tamahları məhdudlaşdırılsın, ölkəyə gələn sərmayələr artsın”.

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar