Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Rusiyanı çökdürmək üçün köhnə strategiyası işə düşür – Silahlama yarışı

Tramp adminstrasiyası dünyada yenidən silahlanma yarışını başladıb və bu yolla öz iqtisadi gücünə arxayın olan ABŞ Rusiya və Çinin iqtisadi iflasını hazırlayır

Tərlan Eyvazov: “Mövcud vəziyyətdə ABŞ bütün vasitələrdən istifadə edərək Rusiyanı zəiflətməyə çalışır və yenidən hansısa bir qütbə yiyələnməsinin qarşısını almağa cəhd edir”

Ədalət Verdiyev: “Rusiya isə heç bir halda nüvə yarışında geri qalmamaq üçün məhdud imkanlarını zorlayacaq”.

ABŞ-ın 1987-ci ildə keçmiş SSRİ ilə imzalanmış Qorbaçov və Reyqan arasında imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması” sazişindən çıxma planı beynəlxalq siyasətin əsas mövzularından biri olaraq qalmaqdadır. Dünən Moskvada Putinlə saatyarımlıq danışıqlar aparan Amerika Birləşmiş Ştatları prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun (John Bolton) gündəmində də elə 1997-ci ildə imzalamış nüvə sazişi olub. Boltonun Moskva səfəri başlayarkən isə ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Rusiya ilə ikitərəfli “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nın tərəfdarı deyil və bu sazişə Çin də daxil olmalıdır. Tramp əlavə edib ki, ABŞ öz nüvə potensialını artırmaqla Rusiyanı və Çini yeni nüvə sazişi imzalamağa məcbur ediblər. Çin Xarici İşlər Nazirliyindən yayılan açıqlamada isə Trampın bu şərti şantaj olaraq dəyərləndirilib. Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Heç kim Çini şantaj yolu ilə nələrəsə məcbur edə bilməz.

Tramp həmçinin Rusiyanın razılaşmanın qaydalarına əməl etmədiyini göstərərək ABŞ-ın sabiq prezidenti Barak Obamanı da tənqid etmək üçün fürsəti qaçırmayıb: “Barak Obamanın bu məsələni niyə müzakirə etmədiyini və müqavilədən çıxmadığını başa düşə bilmirəm. Müqavilədən çıxacağıq. Çünki bu silahları daha da təkmilləşdirməyimiz lazımdır”, deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, dünən Putinlə görüşündən sonra mətbuat konfransı keçirən Con Bolton Moskvanı “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması” sazişini pozmaqda günahlandırıb. Rusiya Xarici Nazirliyi isə eyni itiihamlarla ABŞ-a qarşı çıxış edib.

Xatırladaq ki, Con Bolton – müharibə təhrikçisi kimi tanınır. Onun Donald Trampın milli təhlükəsizlik məsləhətçisi təyin olunması qlobal təhlükəsizlik bir çox siyasi müşahidəçilər tərəfindən təhlükə kimi dəyərləndirilib. Bolton təhdidləri şişirtdirən, diplomatiyaya – hörmət, beynəlxalq qurumlara – ehtiram göstərməyən xarici siyasəti müdafiə edir və zorakılığı dəstəkləyir. Tramp adminstrasiyasında Con Bolton adətən Senatın mövqeyini nəzərə almadan sərt siyasətin yürüdülməsi tərəfdarı kimi çıxış edir.

Məsələ ilə bağlı Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev bildirib ki, Rusiyanın ABŞ-la silah yarışına cəlb edilməsi ölkənin iqtisadiyyatına güclü zərbə endirə bilər. “Orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair müqavilədən çıxmaq öz əhəmiyyətinə görə hava hücumundan müdafiə müqaviləsindən çıxmağa bərabərdir. Bu addım öz nəticələrinə görə strateji qüvvələr balansının pozulmasına səbəb ola bilər”, - deyə Vladimir Vasilyev öz açıqlamasında qeyd edib.

Bu fonda hərbi baxımdan onu da qeyd etmək lazımdır ki, ABŞ-ın hərbi büdcəsi Çinin hərbi büdcəsindən 3 dəfəyə yaxın, Rusiyanın hərbi büdcəsindən isə təqribən 10 dəfə çoxdur. Və Böyük 7-lərin (G-7) hərbi büdcəsi bütün dünyada hərbi xərclərin 49%-ni təşkil edir.

Bütün bu amilləri nəzərə alsaq, deyə bilərik ki, Tramp adminstrasiyası dünyada yenidən silahlanma yarışını başladıb və bu yolla öz iqtisadi gücünə arxayın olan ABŞ Rusiya və Çinin iqtisadi iflasını hazırlayır.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspertlər Tərlan EyvazovƏdalət Verdiyevin fikirlərini öyrənib.

Tərlan Eyvazov: “ABŞ siyasəti öz təsdiqini çoxdan tapıb. İdarəedicilərdən fərqli olaraq, nəticə eyni olur”.

Rusiyanın SSRİ kimi parçalanacağının gözlənilən olmadığını qeyd edən hərbi ekspert Tərlan Eyvazova görə, yenidən strateji nüvə silahlarının artırılması yeni dünya düzəni üçün təhlüklərə zəmin yaradır:

“Ümumiyyətlə, ABŞ siyasəti öz təsdiqini çoxdan tapıb. İdarəedicilərdən fərqli olaraq, nəticə eyni olur. Tutalım, iki müstəntiq var. Biri özünü yumşaq, digəri isə sərt aparan müstəntiqdir. Lakin bütün hallarda nəticə eyni olur və lazım olan insandan müxtəlif üsullarla bilgilər ala bilirlər. ABŞ siyasəti də belədir. Demokratlar liberal siyasət yürütdükləri halda respublikaçılar daha sərt siyasət yürüdürlər.

Biz bunu təkcə Tramp dönəmində deyil, ondan əvvəlki vaxtlarda da müşahidə etmişik. Sovetlər Birliyi dövründə Rusiya özünü qorumaq instinkti ilə nüvə silahından ilk olaraq istifadə etməyəcəyi barədə öhdəlik götürmüşdü. Ancaq Rusiyanın özünü Sovetlər Birliyinin tam varisi elan etməsinə baxmayaraq, sonradan özünün yeni hərbi strategiyasında bundan imtina etdi.

SSRİ dağıldıqdan sonra Rusiyanın nisbətən zəifləməsinə baxmayaraq, Putin dövründə Rusiyanın yenidən əvvəlki mövqeyini yiyələnməyə iddialı olması fonunda ABŞ yeni sanksiyalar tətbiq etdi. Rusiyanın Şərqi Avropa ölkələrinə olan münasibəti, Qafqazda, əsasən də Ukraynada, Suriyadakı davranışları ABŞ-ın embarqolardan istifadə etməsinə zəmin yaratdı.

Tərlan Eyvazov: “Hal-hazırda bir neçə qütbün yaranmasına iddialı olan dövlətlər var və onlar iqtisadi, hərbi və diplomatik potensialları ilə çalışırlar ki, ABŞ yeganə güc sahibi olmasın”.

Onu da qeyd edim ki, SSRİ-ni çökdürən amillərdən biri Amerika silahlandıqca, onların da silahlanması idi. Bu proses iqtisadiyyatın çökməsinə olmuşdu. İstər maddiyyat, istərsə də texnologiya cəhətdən Amerikanın əldə etdiyi nəticələri Sovetlər Birliyi əldə etmək üçün daha çox vəsait xərcləməli idi. Çünki SSRİ-nin texnologiyaları çox zəif idi. Mövcud vəziyyətdə də ABŞ bütün vasitələrdən istifadə edərək Rusiyanı zəiflətməyə çalışır və yenidən hansısa bir qütbə yiyələnməsinin qarşısını almağa cəhd edir.

Ümumiyyətlə, bu gün əldə olan nüvə silahları dünyanı yox etmək üçün yetərlidir. Nüvə silahlarının atılması Yer kürəsinin öz oxu ətrafından çıxmasına belə səbəb ola bilər. Bununla yanaşı, ABŞ-da hesab edirlər ki, dünyada öz hegemonluğunu möhkəmləndirmək üçün hansı diqtəni edirsə, digər ölkələr də bununla razılaşmalıdır. Düşünmürəm ki, yeni dünya düzəni mövcud olsun. Yeni düzən odur ki, SSRİ dağıldıqdan sonra ABŞ öz liderliyini qorumağa can atır. Təbii ki, Çin və Rusiyanın güclənən iqtisadi və hərbi potensialı isə SSRİ-nin yerini doldurmağa yönəlib. Çin getdikcə daha mütərəqqi və qeyri-üsullarla dünyada öz hegemonluğunu möhkəmləndirmək istəyir. Hal-hazırda bir neçə qütbün yaranmasına iddialı olan dövlətlər var və onlar iqtisadi, hərbi və diplomatik potensialları ilə çalışırlar ki, ABŞ yeganə güc sahibi olmasın. Lakin hələlik ABŞ daha güclüdür və öz gücünü artırmaq niyyətindədir.

Tərlan Eyvazov: “ABŞ-da hesab edirlər ki, dünyada öz hegemonluğunu möhkəmləndirmək üçün hansı diqtəni edirsə, digər ölkələr də bununla razılaşmalıdır”.

ABŞ-ın hərbi büdcəsi Rusiyanın büdcəsindən təqribən dəfələrlə artıqdır. Rusiyanın sadəcə olaraq Sovetlər dönəmindən qalma nüvə silahlarının sayı çoxdur. Ancaq ABŞ-ın nüvə silahları müdafiə, dəqiq vurma və dağıdıcılıq baxımından daha güclü və etibarlıdır. Rusiyanın bu həddə çatmaq şansı olmasa da, hərbi potensialını artırmağa davam edəcək.

Rusiyanın SSRİ kimi parçalanacağını gözləmirəm və arzulamıram da. Çünki SSRİ-nin parçalanmasından ən böyük zərərçəkən dövlətlərdən biri də Azərbaycan olub. Belə ki, bizim Qarabağ kimi müharibə ocağımız hələ də qalıb. Bu məsələ beynəlxalq müstəviyə çıxsa da belə, həllini tapmayıb.

Rusiyanın qəflətən çökməsini dünya dövlətləri də istəməz. Çünki bir sıra dövlətlər SSRİ çökəndən sonra onun ağrı-acısını yaşayıblar. Rusiyanın iqtisadiyyatının yaxşılaşması, insanların demokratik mühitdə yaşaması daha məqsədəuyğundur. Rusiyanın çökməsinin ağır fəsadları ola bilər”.

Ədalət Verdiyev: “Sanksiyalar səbəbindən azalan hərbi büdcəyə malik Rusiyanın silah yarışına girməsi onun iqtisadi maraqlarına uyğun gəlmir. Amma bütün hallarda Rusiya addım atmağa məcburdur”.

Dünyada silahlanma yarışının başlayacağını qeyd edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, yeni svaşda uduzan tərəf Rusiyanın olacağı gözləniləndir. Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Vəliyev düçünür. O hesab edir ki, silah yarışına girməsi Rusiyanın iqtisadi maraqlarına uyğun gəlmir. Dünyanın yeni və çox təhlükəli bir silah yarışına başladığını müşahidə ediləcəyini vurğulayan Ədalət Verdiyev əmindir ki, əsas zərər çəkən tərəf Rusiya olacaq:

“Son illər əvvəlki ABŞ prezidenti Barak Obama və indiki prezident Donald Tramp dəfələrlə Rusiyanı adı çəkilən müqavilənin şərtlərini pozmaqda günahlandırıblar. Hətta Tramp hakimiyyətə gəldiyi dönəmdən bir neçə dəfə Barak Obamanın ünvanına bu müqavilədən çıxmamasının yanlış addım olduğunu bildirib. Rusiya isə öz növbəsində bunu ABŞ-ın Avropada müəyyən raket əleyhinə müdafiə sistemini qoruması ilə əlaqələndirib. Lakin heç vaxt müqavilənin şərtlərini pozduğunu etiraf etməyib. Əslində bu məsələ çox ciddidir və bütün dünyanın hərbi-siyasi ekspertlərinin nəzərində gündəmin əsas mövzularından biridir. ABŞ bunu çox yaxşı anlayır və hiss edir ki, bu addım əlavə xərclərə səbəb olacaq.

Eyni zamanda dünən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar zamanı silahlar barədə razılaşmalar da daxil olmaqla bir sıra məsələr ətrafında müzakirələr aparıb. Düşünürəm ki, görüşdə yaxın və ortamənzilli raketlərin ixtisarına dair müqavilənin taleyinə aydınlıq gətiriləcək. Bu gün axşama qədər müqavilənin taleyi ilə bağlı qərar 100-də 90% dəqiqləşəcək. Con Boltonun bu barədə Donald Trampa məruzəsi və Trampın alacağı qərardan sonra məsələ Konqresə ötürüləcək. Sonrakı prosedur isə toplamda bir neçə ay sürə bilər.

Ədalət Verdiyev: “Dünya üçün kiçik, bizim üçün böyük olan Qarabağ, Gürcüstan, Ukrayna münaqişələri müəyyən qədər diqqətdən kənarda qalacaq”.

Standart olaraq bu müqavilədən çıxdıqdan sonra ABŞ Avropada yeni raket komplekslərini yerləşdirmək məcburiyyətində qalacaq. Rusiya isə heç bir halda nüvə yarışında geri qalmamaq üçün məhdud imkanlarını zorlayacaq. Onu da qeyd edim ki, 13-14 dəfəlik daha az və əsasən sanksiyalar səbəbindən azalan hərbi büdcəyə malik Rusiyanın silah yarışına girməsi onun iqtisadi maraqlarına uyğun gəlmir. Amma bütün hallarda Rusiya addım atmağa məcburdur.

##relatedPostMilli##Əlbəttə ki, bu gedişat Rusiya iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək. Dünyanın yeni və çox təhlükəli bir silah yarışına başladığını müşahidə edəcəyik. Bu, qaçılmazdır və zərər çəkən əsas tərəfin Rusiya olacağı şübhəsizdir.

Dünyanın hərbi-siyasi mənzərəsində baş verə biləcək dəyişikliklərə gəlincə, hərbi xərclərin digər ölkələr tərəfindən də artırılacaq və əsas diqqət ABŞ, Rusiya və Çin nüvə silahlarının yerləşdirilməsinə yönələcək. Dünya üçün kiçik, bizim üçün böyük olan Qarabağ, Gürcüstan, Ukrayna münaqişələri isə müəyyən qədər diqqətdən kənarda qalacaq. Bu isə bizim maraqlarımıza uyğun deyil”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Ən çox oxunanalar