Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaşıqçı işində şübhəlilərin kimliyi dəqiqləşir – Şahzadənin yaxın ətrafıdır

Səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı iş üzrə şübhəli bilinən şəxslər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əs-Səud ilə əlaqəlidirlər

PİA.az “Report”-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı öz mənbələrinə istinadən”The New York Times” qəzeti yazıb.

Mətndə bildirilir ki, Türkiyə tərəfindən Camal Qaşıqçının itməsi ilə əlaqədar müəyyən edilmiş şübhəlilərdən biri vəliəhd şahzadə Məhəmməd ibn Salman əs-Səudun şəxsi müşayiətçisi olub: o, Paris və Madriddə onunla birgə təyyarəni tərk edərkən görünüb. Həmçinin şübhəli şəxs şahzadənin bu il Hyuston, Boston və BMT baş qərargahına səfərləri zamanı çəkilən fotolarda diqqəti cəlb edib.

Nəşrin yazdığına görə, digər üç şübhəli vəliəhd şahzadənin təhlükəsizlik xidməti ilə əlaqəlidir. Beşinci şübhəli Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi və tibb müəssisələrində yüksək vəzifə tutan məhkəmə hakimidir ki, bu da onun Səudiyyə rəhbərliyi ilə əlaqələrinin olmasından xəbər verir.

Ər-Riyadın hazırkı siyasəti barədə tənqidi ifadələri ilə məşhur olan Qaşıqçı sənədlərin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də ölkəsinin İstanbuldakı baş konsulluğuna daxil olub və daha sonra onunla əlaqə kəsilib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itməsi qalmaqalına görə ölkəsinə qayıdıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ən çox oxunanalar