Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Sadıqov: “Prosineçki bizə kömək edir”

Azərbaycanın U-21 yığması bu ilin noyabrında yoldaşlıq görüşü keçirəcək

Bu haqda yığmamızın baş məşqçisi Rəşad Sadıqov bu gün keçirdiyi brifinqdə bildirib.

Sadıqov Bakıda keçirilməsi nəzərdə tutulan həmin matçda növbəti seçmə mərhələdə çıxış edəcək futbolçulardan təşkil olunacaq U-21-in oynayacağını söyləyib:

"Ukrayna yığması ilə Bakıda qarşılaşmamız olacaq. Bu yaş qrupu 2 ay əvvəl Avropa çempionatının yarımfinalında uduzub. Onlarla oyunu danışmışıq, çox güclü komandadı.

Bizdə olduğu kimi, onlarda da 1999-cu il təvəllüdlülərdən ibarət komanda olacaq. İki eyni yaş qrupu oynayacaq.

Maksimum çalışıram ki, yoldaşlıq görüşünə rəqib üçün belə komandayla danışım".

Gənc mütəxəssis daha bir güclü yığmayla oynamağı planlaşdırsalar da, sonradan bunu ləğv etdiklərini diqqətə çatdırıb: "Güclü yığmalarla danışıqlar gedirdi. Hamısı dedi ki, bəlkə dekabrdakı püşkü gözləyək. Bir qrupa düşməyəcəyiksə, oynayaq. Məsələn, Serbiya, Bosniya və Herseqovina, Xorvatiya ilə danışıqlarımız gedir. Sağ olsun, bunda bizə millimizin sabiq baş məşqçisi Robert Prosineçki də kömək edir. O, şəxsi əlaqələrindən istifadə edir. İstəyirəm ki, növbəti seçmə mərhələyədək yaxşı bir qrafik cızaq, bizdə yaxşı oyun proqramı olsun. Sadəcə, qalır futbolçuların klublarda oynaması ki, bu, mənim üçün çox önəmli olacaq".

Qeyd edək ki, U-21 bu seçmə mərhələ son matçını oktyabrın 16-da səfərdə Norveçlə keçirəcək.(qafqazinfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar