Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alternativ enerji şefinin “Azərişıq”a gedən yolu bağlandı - Bədəlova rədd cavabı verilib

Ölkənin alternativ enerji şefi Akim Bədəlovun qüsurlu fəaliyyəti onu yuxarıların gözündən salıb

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun növbəti arzusu da suya düşüb. Belə ki, PİA.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə Akim Bədəlova “Azərişıq” ASC-nin sədri olmaq iddialarına rədd cavabı verilib.

Mənbə PİA.az-a bildirib ki, daha əvvəl “Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyətinə sədri vəzifəsinə göz dikmiş Agentlik sədrinin xahişləri nəzərə alınmamışdı. Bundan sonra isə vakansiya əmələ gələn “Azərişıq” ASC-nin sədri postuna iddiasını ortaya qoyan A.Bədəlovun bu arzusu da reallaşmayıb. Bu dəfə ona qəti rədd cavabı çatdırılıb.

Mənbə qeyd edib ki, Akim Bədəlovun istəklərinə rədd cavabı verilməsinin səbəbi onun rəhbərlik etdiyi agentlikdə uğur qazana bilməməsidir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə indiyə qədər dşvlət tərəfindən 3 milyard manatdan artıq sərmayə qoyulsa da bu sərmayə faktiki olaraq batırılıb.

Akim Bədəlovun yeni alternativi - Ya “Azərişıq”, ya da “Metropoliten”...

Agentliyin yaradılmasından və Akim Bədəlovun bu quruma rəhbər təyin olunmasından beş ildən artıq vaxt keçsə də bu günə qədər qarşıya qoyulmuş öhdəliklər yerinə yetirilməyib. Hələ indiyə qədər hansı bir dövlət obyekti Agentliyin istehsal etdiyi alternativ enerji qurğularının hesabına tam olaraq enerji ilə təchiz olunmayıb. Agentliyin magistral yol kənarlarında “sərgi kimi” qurduğu günəş panellərindən heç biri işləmir və bu panellər sadəcə maketlərdən ibarətdir.

Qeyd edək ki, bu barədə PİA.az ötən həftə geniş yazı ilə çıxış edib. Dünən isə REAL TV-nin xəbərlər proqramında yayımlanan videosüjetdə bir daha sübüt olunub ki, Akim Bədəlovun rəhbərliyi altında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qurduğu günəş panellərindən çıxan məftillər elə panellərin arxasında gizlədilib.

Xatırladaq ki, əvvəllər dövlət qurumları üçün inzibati bina tikintisi həyata keçirən cənab Bədəlov bu sahədə də böyük qüsurlara imza atıb. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar