Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fəxr edirəm ki, doğma Azərbaycan üçün çıxış edirəm” - Şəhriyar Məmmədyarov

Bütün dünyada tanınan məşhur Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov qalmaqallı statusundan sonra məsələyə yenidən aydınlıq gətirib

Ş.Məmmədyarov son günlər ətrafında gedən müzakirələrlə bağlı “Facebook” hesabında növbəti status yazıb.

Həmin statusu təqdim edirik: “Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm.

Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəm.

Məsələyə aydınlıq gətirmək üçün bildirmək istəyirəm ki, son 5 il ərzində aidiyyəti qurumlar tərəfindən yalnız iddiaçılar turniri üçün maliyyə dəstəyi almışam. Bu məbləğ isə yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir.

Həmçinin milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi hesabına maliyyələşir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ümumi il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm.

Mənim şahmatdan başqa gəlir mənbəyim olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib ödəmək və s. xərcləri öz hesabıma ödədiyim üçün məcbur olub çox sayda turnirlərə qatılıram. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır.

Eyni zamanda qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm.

Bundan əlavə bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq üçün və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var.

Mənimlə bərabər turnirdə mübarizə aparan və daha aşağı reytinqi olan şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlar tərəfindən dəstək alırlar, mən isə burada öz və komandamın yeməyini belə öz hesabıma ödəyirəm.

Heç bir halda mənim bu fikirlərimin hansısa maddi qazanc məqsədi daşıdığını düşünməyin. Hər bir peşəkar idmançı kimi mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram.

Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində 20-liyə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağdakı tərkibdə komandanın olması vacibdir: menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplantılarının keçirilməsi üçün güclü sparrinq-tərəfdaşlar. Bu tərkibdə komandanın saxlanılması isə, sözsüz ki, külli-miqdarda vəsait tələb edir.

Biz dəfələrlə sponsorluq üçün şirkətlərə müraciət etmişik (son dəfə 6 il qabaq olub), lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim və bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm.

Bu məni çox ruhlandırır...”.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar