Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əflatun Amaşov: "Azərbaycanda xarici dilli jurnalistlərə ehtiyac var"  

"Azərbaycanda xarici dilli jurnalistlərə ehtiyac var. Bundan sonra Azərbaycanda xarici dillərdə təhsil alan jurnalistlərin sayını artırmalıyıq, bu bizim üçün çox vacibdir"

Bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.  

O bildirib ki, artıq 5 ildir jurnalistika fakültəsində təhsil almaq istəyən tələbələr test imtahanları ilə yanaşı qabiliyyət imtahanı verirlər: "Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 446 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 125 nəfərini oğlanlar, 321 nəfərini qızlar təşkil edir. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verir. Bu kifayət qədər yaxşı nəticədir".  

Ə.Amaşovun sözlərinə görə, 225 vakant yer ayrılıb, onlardan 150-si Bakı Dövlət Universiteti, yerdə qalanları isə Bakı Slavyan, Azərbaycan Dillər, Naxçıvan Dövlət universitetləri üçün nəzərdə tutulub: "Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilir və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılır. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa yazırlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilir. Mövzular kifayət qədər asan və əhatəlidir. Hansı abituryentin adi məsələlərlə bağlı dünya görüşü, bilgisi var yaza biləcək. Bizim üçün gələcək jurnalistlərin öz düşüncələrini fikirlərini aydın və savadlı ifadə etməsi vacibdir. Gərək məntiqli olsunlar, fikirlərini sadə dillə çatdıra bilsinlər. Mənə elə gəlir ki, nəzərdə tutulan yerlər dolacaq. Azərbaycan jurnalistikasına yenilik, yeni abu-hava gələcək. Qabiliyyət imtahanı məsələsini onun üçün gündəmə gətirmişik".

Mətbuat Şurasının sədr qeyd edib ki, aparılan araşdırmaya görə, son illərə kimi jurnalistika fakültəsini bitirən tələbələrin xeyli hissəsi başqa sahələrdə iş tapıb çalışır: "Jurnalistikada bir boşluq yaranmışdı. Qabiliyyət imtahanları bərpa olunduqdan sonra jurnalistikaya kimlər həvəslidir onlar qəbul olunurlar. Daha yaxşı kadrlar yetişir".(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar