Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Pompeonun sözləri ABŞ-ın İranın işlərinə qarışmasına nümunədir"

"Mayk Pompeonun sözləri riyakarlıq və ucuz təbliğatdır, bu ölkənin İranın daxili məsələlərinə aşkar müdaxiləsinin nümunədir"

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ dövlət katibinin sözlərinə münasibət bildirərkən deyib.

B. Qasimi M. Pompeonun Kaliforniyada bir qrup iranlı ilə görüşündəki çıxışını pisləyərək bildirib ki, bu çıxış ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından qanunsuz çıxmasından sonra çarəsizliyinin göstəricisidir: "ABŞ bu addımı ilə öz məqsədlərinə çata bilmədi, düşünülməmiş addım atdı və dünyadan təcrid olundu".
XİN sözçüsü qeyd edib ki, bu çıxış ABŞ-ın İranın daxili işlərinə müdaxiləsinin aşkar nümunəsidir və bu ölkənin regionda dağıdıcı siyasətinin davamıdır.

B. Qasiminin sözlərinə görə, İran xalqı heç vaxt ABŞ-ın illər öncə İranda çevriliş etdiyini və törətdiyi cinayətləri unutmayacaq.

Xatırladaq ki, M. Pompeo İranı idarə edənləri mafiya adlandırıb və onların ölkənin sərvətlərini talan etdiklərini söyləyib. O, farsca yayımlanan telekanal açdıqlarını da əlavə edib.(APA)

pia.az


Etiket: İran-ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar