Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin “qara qitə”dəki qara niyyətləri: Silah, uran və neft...

Rusiya keçmiş SSRİ dövründə olduğu kimi, Afrikada yenidən söz sahibi olmaq niyyətini hər il yeni addımlarla gerçəkləşdirməkdədir.

Bununla bağlı Qərb mətbuatında həyəcan dolu yazıların ardı-arası kəsilmir.

Almaniyanın Kreml haqqında tənqidi yazıları ilə seçilən “Handelsblatt” qəzetinin yazarı Mattias Brüqman Kremlin “qara qitə”dəki qara niyyətləri və hədəfləri ilə bağlı yeni faktları göstərən yazı qələmə alıb.

Müəllifin yazdığına görə, bu il mart ayının sonunda Mərkəzi Afrika Respublikasında keçirilən hərbi paradda Rusiyanın ən yeni “Ural” tankları nümayiş etdirilib.

Özü də hazırda nə beynəlxalq sanksiyalar altında olan Mərkəzi Afrika Respublkasının (MAR) prezidenti Fosten-Arşanj Tuaderin, nə də Rusiyanın həmin T-72 tanklarını alıb-satmağa beynəlxalq icazəsi yoxdur.

Prezident Tuaderə hətta silahlı cangüdənlər gəzdirmək belə, qadağan olunub. Onu Rusiya və Ruanda hərbçiləri qoruyur. Rusiya burada Moskvadan gətirilən təlimçilərin köməyi ilə xüsusi hərbi hissə yaradıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bundan başqa Moskva BMT-dən bu ölkəyə yüngül silahların, avtomat, minaatanların ixracı üçün lisenziya almağa müvəffəq olub.

Məqalədə yazıldığı kimi, Rusiyanın silah ixracatının 13%-i Afrika qitəsi ölkələrinə aiddir. Silah bazarından əlavə Moskva burada neft, qaz və zəngin uran yataqları ilə ciddi surətdə maraqlanır. Afrika Rusiyanın geridə qalmış sənayesi üçün hələ də ciddi bazar sayılır. Ona görə ki, Rusiyanın əlindəki maşın və avadanlıqları Avropaya satmaq imkanı demək olar ki, yoxdur.

Rusiya Afrika ölkələrinə ilk öncə Kremlin nəzarətində olan “VTB”, “Promsvyazbank”, “Qazprombank” kimi maliyyə quruluşları ilə girib. “Roseksimbank” Afrikada qaz kəmərlərini, habelə digər infrastruktur layihələrini dəstəkləyir.

Afrikada Rusiyanın “Rosatom” konserni olduqca aktivdir. Bu şirkətin təkcə Uqandada çıxardığı uran Rusiyadakından da çox ola bilər. Bundan başqa Rusiya burada atot elektrik stansiyası inşa etməyi hədəfləyir.

Afrika qızılının “qayğısına” isə Moskvada “Putinin aşpazı” kimi tanınan, oliqarx Yevgeni Priqojin qalır. Onun “M İnvest” şirkəti Sudan və MAR-da qızılın çıxarılması üzrə lisenziya əldə edib. Özü də bu layihələrin hamısının təhlüəsizliyi Ukrayna, Liviya və Suriyada “acı şöhrət” qazanmış “Vaqner” qrupu adlı özəl sayılan, amma əslində Kremlin nəzarətində olan hərbi qruplaşma tərəfindən təmin edilir.

Afrikanın bir çox bölgələrində isə Rusiyanın nizami ordusu da var. Rusiya Konqodan tutmuş, Cənubi Sudan və ya Darfura qədər BMT-nin “mavi dəbilqəli”lərinin əməliyyatında iştirak edir.

Cənubi Afrika Respublikasının “Signal Rask” konsaltinq şirkətinin direktoru Ronak Qopaldasın sözlərinə əsasən, Rusiyanın Afrikadakı iştirakı enerji diplomatiyası ilə hərbi iştirakın kombinasiyası əsasında qurulmuş, sərt güc siyasətindən başqa bir şey deyil. (Musavat.com)

pia.az


Etiket: Afrika Rusiya Kreml


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar