Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qızların təhsil almaması dünyaya 30 trilyon dollar zərər vurur” – Dünya Bankı

Qızların təhsillərini tamamlaya bilməməməsi dünya üçün 30 trilyon dollara qədər gəlir və məhsuldarlıq itkisi ilə nəticələnə bilər

Bu barədə məlumat Dünya Bankının sonuncu hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, orta təhsili tamamlamış qadınların çalışması ehtimalı xeyli çoxdur və onların qazancı məktəb təhsili olmayanlarla müqayisədə təxminən iki dəfə artıqdır.

Dünya bankı bildirir ki, dünyada 6 və 17 yaş arası 132 milyon qız məktəbə getmir.

Hesabatda əlavə edilir ki, əgər dünyada olan hər qız 12 illik keyfiyyətli təhsil proqramını tamamlamağa müvəffəq olsaydı, o zaman qadınların həyat boyu qazandıqları gəlir 15 trilyon dollardan 30 trilyon dollara qədər artardı:

“Bütövlükdə mesaj çox aydındır. Qızları təhsilləndirmək yalnız atılmalı olan doğru addım deyil, bu, həm də ölkələrin inkişaf potensiallarını reallaşdırmaq üçün iqtisadi və strateji əhəmiyyətli məsələdir.”

Qızların orta məktəbi bitirməsinə nail olmaq üçün görülməli işlər arasında uşaq nikahlarının sayının azaldılması, yüksək əhalisi olan ölkələrdə doğuş nisbətinin azaldılması, uşaq ölümünün azaldılması daxildir. (amerikanınsəsi.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar