Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YUNESKO-nun yeni rəhbərinin dosyesi - Atası kralın müşaviridir


Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (YUNESKO) baş direktoru seçilib. Seçkilərin son turu zamanı şuranın 58 iştirakçı ölkəsindən 30 dövlət Azulenin namizədliyini dəstəkləyib


AzVision.az xəbər verir ki, yeni baş direktor 4 avqust 1972-ci ildə Fransada La Sel-Sen-Klu şəhərində anadan olub. Onun atası Andre Azule Mərakeş kralı II Həsənin müşaviri olub, hazırda onun oğlu kral VI Məhəmmədin müşaviridir. 1993-ci ildə Lankastr universitetində (Böyük Britaniya) işgüzar inzibatçılıq magistr dərəcəsi alıb, 1994-ci ildə Paris -Dofin Universitetini, 1996-ci ildə Siyasi Tədqiqatlar İnstitutunu (“Sıyans Po” Paris), 2000-ci ildə isə Administrasiyanın Milli Məktəbini (Strasburq) bitirib.

2006-2017-ci illərdə Milli kino və animasiya mərkəzində yayım üzrə baş direktorun müavini, hüquq və maliyyə direktoru olub. 2014-ci ildə prezident Fransua Ollandın mədəniyyət və kommunikasiyalar üzrə müşaviri olub. O, xüsusən kino və audiovizual xidmətlər bazarının tənzimlənməsi problemlərinə nəzarət edib. Onun fəaliyyət sahəsinə fransız kinosunun Avropa bazarında qorunması daxil idi.

2016-2017-ci illərdə Bernar Kaznyev və Manuel Valsın hökumətində mədəniyyət və kütləvi kommunikasiyalar naziri olub. 2017-ci ildə nazirliyin büdcəsinin 6,6%-i, yəni 2,9 milyard avroya qədər artmasına nail olub . Münaqişə zonalarında mədəni irsin qorunmasında fəal iştirak edib. İngilis və ispan dillərini bilir. Odre ailəlidir, bir oğlu və qızı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar