Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahunun həyat yoldaşı məhkum oldu – Cinayəti qəbul edib

İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu, dövlətin təmin etdiyi səhmləri bahalı yemək ziyafətlərinə xərclənməkdə ittiham olunduğu məhkəmədə məhkum olub

BBC Türkcə xəbər verir ki, istintaqı aparan prokurorlarla anlaşma yoluna gedən Netanyahu, cinayətini qəbul edib və 50 min dollarlıq maddi təzminat ödəmək zorunda qalıb.

Bu məhkumiyyətlə uzun müddətdir mübahisəsi gedən prosesdə son nöqtə qoyuldu. Amma İsrailin baş naziri Binyamin Netanyahunun mərkəzində olduğu bir rüşvət istintaqında isə prosedur davam edir. Netanyahu, baş nazirliyini yekunaşdıra biləcək, hətta həbsə girməsinə səbəb ola biləcək o istintaqda ittihamları rədd edir.

Sara Netanyahu nə ilə ittiham olunurdu?

Ədalət Nazirliyinə görə, Netanyahu baş nazirlik ofisində aşbaz olmadığını iddia edərək, yüzlərlə yemək üçün kənardakı şirkətlərə verdiyi sifarişləri dövlət büdcəsindən ödədib.

2010-2013-cü illər arasında aşbaz olmasına baxmayaraq, Netanyahu cütlüyünün və qonaqlarının bu yeməklərdən yararlandığı iddia edilir. Prokurorlar bu səbəbdən dövlətin 100 min dollar yaxın zərərə uğradılıdığını iddia edirdi.

Prosesin prokuroru Erez Padan isə mövzu ilə bağlı aşağıdakıları deyib: “Hər anlaşmada iki tərəf də bəzi addımlar atırlar. Bu məhkəmənin bu şəkildə nəticələnməsi xalqın xeyrinə oldu”.

Sara Netanyahunun vəkili Yossi Cohen isə müvəkkilinin illərlə davam edən istintaqa görə cəmiyyət qarşısında təhqir olunduğunu dedi və “sızdırmalar” ucbatından hüquqi proseduru tənqid etdi.

60 yaşındakı Sara Netanyahu daha öncə də rəsmi qurum işçilərinə qarşı pis davrandığı üçün maddi təzminat ödəmək zorunda qalmışdı.

Binyamin Netanyahu haqqındakı iddialar isə daha ciddidir. Siyasi qalmaqal ucbatndan keçid hökumət olaraq növbəti dəfə seçkiyə hazırlaşan B.Netanyahu daha ciddi iddiaların mərkəzində yer alır. İsrail ədalət naziri Netanyahu haqqındakı üç sənəd üzərindən ittiham ərizəsinin hazırlandığını dedi. B.Netanyahunun dekabr ayında ön məhkəməyə çıxa biləcəyini qeyd edir.

Əgər hökm dəqiqləşərsə, rüşvət ittihamından 10 il, rüşvət və vəzifədən sui-istifadə etməkdən 3 il cəza ala biləcəyi qeyd edilir.

Netanhayu isə haqqındakı bütün rüşvət iddialarını rədd edir və “siyasi bir ifritə ovu”na girişildiyini deyir. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Ən çox oxunanalar