Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Trüdonun İsrailin Qəzzadakı hərəkətlərini pisləmsinə cavab verib

İsrailin Baş naziri Benyamin Netanyahu Kanadanın Baş naziri Castin Trüdonun Qəzza zolağında İsrail hərbçilərinin vəhşi hərəkətləri ilə bağlı tənqidini rədd edib...

Poliqon xəbər verir ki, Netanyahu bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter).Trüdoya ünvanladığı mesajda yazıb.

“Mülki insanlara qəsdən hücum edən İsrail deyil, dinc sakinlərin başını kəsən, yandıran və öldürən, Holokostdan sonra yəhudilərə qarşı ən ağır cinayəti törədən radikal Fələstin hərəkatı HƏMAS-dır”, deyə Netanyahu Trüdoya ünvanladığı cavabda yazıb.

“Sivilizasiyalı qüvvələr HƏMAS-ın vəhşiliyini məğlub etmək üçün İsrailə dəstək verməlidir”, deyə Netanyahu mesajında vurğulayıb.

Qeyd edək ki, Trüdo bildirib ki, Kanada hakimiyyəti mülki əhalinin tələfatının qarşısını almaq üçün İsrail hökumətini Qəzza zolağında hərbi əməliyyatlar zamanı maksimum təmkinli olmağa çağırır.

“İsrail hökumətini maksimum təmkin göstərməyə çağırıram. Bütün dünya qadınların, uşaqların və körpələrin öldürülməsinin şahididir. Buna son qoyulmalıdır”, deyə Trüdo yazmışdı. Trüdo mesajında qeyd edib ki, “hətta müharibələrin də qaydaları var”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar