Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Qəzza zolağında sülh üçün şərtlərini açıqlayıb

İsrailin Baş nazirinin sözlərinə görə, döyüşlərə son qoymaq üçün HƏMAS hərəkatını məhv etmək, Qəzzə zolağının demilitarizasiyası və “bütün Fələstin cəmiyyətini deradikallaşdırmaq” lazımdır...

Poliqon xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində Qəzza zolağında Həmas yaraqlıları ilə müharibədə sülhün əldə olunmasının şərtlərini açıqlayıb.

Benyamin Netanyahu iddia edir ki, HƏMAS-ın məhv edilməsi ideyası ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və “bir çox başqa ölkələr tərəfindən dəstəklənir. Bu məqsədə çatmaq üçün İsrail Müdafiə Qüvvələri (IDF) yaraqlıların hərbi imkanlarını darmadağın etməli, həmçinin HƏMAS-ın Qəzzada siyasi hakimiyyətinə son qoymalıdır.

Netanyahu qeyd edib ki, Fələstin cəmiyyətini maliyyələşdirməkdən daha çox terrorla mübarizə aparmaq üçün maliyyə ayırmaq lazımdır.

“Bu, çox güman ki, cəsarətli və mənəvi liderlik tələb edəcək. Fələstin Milli Administrasiyasının Qəzzanı demilitarizasiya edəcəyini gözləmək boş bir xəyaldır”, deyə Benyamin Netanyahu yazır.

Qeyd edək ki, dekabrın 25-də Benyamin Netanyahu Knessetdə Likud fraksiyasının üzvləri ilə görüşdə Qəzza zolağında müharibənin bitməyə yaxın olmadığını və müharibənin uzanacağını bildirib. Onun sözlərinə görə, döyüş əməliyyatları davam etmədən HƏMAS yaraqlılarında qalan 100-dən çox girovu azad etmək mümkün deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Lukaşenko İran Prezidenti Rəisinin ölümündə ABŞ-ni günahlandırıb

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Ən çox oxunanalar