Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirildi

Yanvarın 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib

İclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirdi.

Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda saniyədə 25-40 metrədək şiddətlənəcəyi bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edildi.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırıldı.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında digər cari məsələlər də müzakirə olundu.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Ən çox oxunanalar