Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada balıqçılıq təsərrüfatı məhv olma həddinə çatıb - Video

Neftçalanın Bankə qəsəbəsi Balıq sənayesinin inkişafı ilə əlaqədar 1842-ci ildə salınıb və qara kürüsü ilə bütün dünyada məşhur olub.

Deyilənlərə görə, vaxtilə qəsəbədə xüsusi olaraq qablaşdırılan kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə göndərilib.

Xəzərə və Kürə çıxışı olan Neftçala XX əsrin 30-cu illərində “Kür Balıqçılıq rayonu” kimi dünya bazarında məşhurlaşıb. Statistik rəqəmlərə görə, təkcə 1930-cu ildə ölkədə 550 ton qara kürü istehsal olunub. Kürünün qarasının, eləcə də ağının bolluğunu görən neftçalalılar indi həmin günləri nostalji ilə, bir qədər də ürək ağrısı ilə xatırlayırlar.

Mütəxəssislər bildirirlər ki, normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı, balıq və balıq məhsulları da olmalıdır. Hər bir insan ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Xəzər dənizindən tutulan və dillər əzbəri olan nərə balığının kürüsü isə bütün dövrlərdə olduğu kimi kasıb yeməyi sayılmır.

İstər Xəzərin, istərsə də Kürün üzləşdiyi ekoloji problemlər, digər obyektiv və subyektiv səbəblər balıq və kürü istehsalına kifayət qədər mənfi təsir edib və demək olar ki, balıqçılıq təsərrüfatı məhv olma həddinə çatıb.

Qeyd edək ki, 1898-ci ildə Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi tarixi bina olan Bankə Balıq Kombinatı da uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsindədir.

O ki qaldı qiymətlərə, hazırda Xəzər dənizinin ən qiymətli balıq məhsulu sayılan nərə qara kürüsünün kiloqramı 3 500-4 000 manatadır. Amma mütəxəssislər ötən əsrdəki kürünün keyfiyyətcə daha üstün olduğu qənaətindədir.

Daha ətraflı Baku TV-nin süjetində:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar