Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdə yoxlamalar başladı - Əbülfəs Qarayev həbs olunacaqmı?

Yoxlamalar Mədəniyyət Nazirliyinin maliyyə işlərindən, mühasibatlığından tutmuş struktur bölmələrinin işinə qədər bütün idarəetmə sistemini əhatə edir...

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra nazir Əbülfəs Qarayevin yaxın müddətdə vəzifəsindən uzaqlaşdırılacağı ehtimalı kifayət qədər yüksək idi. Gözlənilən oldu və ölkə başçısı Qarayevi nazir postundan azad etdi.

Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb. O, nazirliyin rəhbər şəxsləri, şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib. Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

PİA.az bildirir ki, “AzPolitika.info”-ya nazirlikdəki mənbələrdən daxil olan məlumata görə, Ə.Qarayevin işindən ayrılmasından sonra Mədəniyyət Nazirliyində total yoxlamalar başlayıb. Məlumatda nazirlikdə eyni zamanda bir neçə qurumun araşdırmaya başladığı bildirilir.

Yoxlamalar Mədəniyyət Nazirliyinin maliyyə işlərindən, mühasibatlığından tutmuş struktur bölmələrinin işinə qədər bütün idarəetmə sistemini əhatə edir.

Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət və korrupsiya əməllərində ittiham olunur.

İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinəəsaslı şübhələr müəyyən edilib.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinəəsaslı şübhələr müəyyən olunub. Hər iki məmurla bağlı həbs qətimkan tədbiri seçilib.

Bundan sonra cəmiyyətdə sözügedən nazirlikdəki korrupsiya əməllərinin nazirdən xəbərsiz törədilməsinin mümkün olmadığına dair qənaət formalaşıb və bununla bağlı şəxsən Əbülfəs Qarayevin ünvanına açıq ittihamlar səsləndirilib.

Belə ittihamları səsləndirənlər sırasında deputatlar xüsusilə seçiliblər. YAP-çı deputat Siyavuş Novruzov isə Ə.Qarayevi istefaya çağırmaqla yanaşı, hüquq-mühafizə orqanlarının nazirin aşkar olunan korrupsiya cinayətlərində iştirakının araşdırıldığını bildirmişdi.

İndi məlum olur ki, həmin araşdırma artıq geniş formada, bir neçə dövlət qurumunun iştirakı ilə həyata keçirilir. Və bu araşdırmaların sabiq nazir Əbülfəs Qarayevin həbsilə yekunlaşması da istisna deyil...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Ən çox oxunanalar