Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini Azərbaycanda proqnozlaşdırılan orta illik inflyasiya səviyyəsini açıqladı

Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır...

Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə alınmaqla, bu il orta illik inflyasiyanın 10,4% olması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına əsasən, dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə 8,6% səviyyəsində proqnozlaşdırılır:

“İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. Dünən AMB tərəfindən bu il üçün 8,9% səviyyəsində inflyasiya göstəricisi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur”.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. 2022-ci ilin payızında təqdim edilmiş hökumətin ilkin qiymətləndirmələrinə görə, 2023-cü ildə orta illik inflyasiya proqnozu 6,9% təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

Ən çox oxunanalar