Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Barışıq elan edən Səudiyyə Ərəbistanı ilə İran yenidən əks mövqelərdə durmağa başlayıblar... - Müsahibə

Çinin vasitəçiliyi ilə İranla barışan Səudiyyə Ərəbistanıindi də ABŞ-ın vasitəçiliyi ilə İsraillə meqa sülh planı imzalamağa hazırlaşır...

Politoloq: “Yaxın Şərqdə böyük sülh sazişinin əldə olunması isə İranın maraqlarına kökündən ziddir. Çünki Tehrandakı molla rejimi heç bir halda ABŞ-ın və İsrailin iştirakçısı olduği bir sülh prosesinin bir parçası ola bilməz”.

“Yaxın Şərqdə ABŞ-ın hegemoniyasını təmin etmək üçün İsraillə Ərəb dünyasını barışdırmaq siyasəti ortadır”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Səudiyyə Ərəbistanın son addımlarını Poliqon-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi münasibətlərinin uzun müddət gərgin olduğu Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra İrandakı səfirliyinin fəaliyyətini bərpa edib. Eyni zamanda hazırda ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İsrail arasında meqa sülh planı hazırlandığı da bildirilir.

Səudiyyə Ərəbistanı-İran və ümumilikdə, Yaxın Şərqə baş verən hadisələrlə bağlı Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müsahibə edib.

Natiq Miri: “Ən azından Yəməndə Səudiyyə Ərəbistanı ilə İranın qarşıdurmasını heç kim unutmamalıdır”.

Poliqon Politoloq Natiq Miri ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Natiq bəy, Hazırda Səudiyyə Ərəbistanın Yaxın Şərqdəki strateji mövqeyini necə dəyərləndirərdiz?

- Bildiyimiz kimi, Səudiyyə Ərəbistanı Ərəb dünyasında lider dövlətdir. Səudiyyə Ərəbistanı həm iqtisadi, həm də hərbi cəhətdən bütün Ərəb ölkələrindən güclü və bilavasitə ömdə gedən bir dövlətdir. Bu baxımdan Səudiyyə əslində regional və qlobal səviyyədə Yaxın Şərqdə güclərin diqqətini özünə cəlb edən bir ölkədir. Yəni əhəmiyyətli bir ölkədir.

Bu xüsusda əlbəttə ki, İran da hər zaman Səudiyyə Ərəbistanını özü üçün bir rəqib kimi görüb. İran Səudiyyə Ərəbistanına qarşı hər zaman düşmənçilik mövqeyini ortaya qoyub. Ən azından Yəməndə Səudiyyə Ərəbistanı ilə İranın qarşıdurmasını heç kim unutmamalıdır. Bu günə qədər də bu problem hələ də çözümü qovuşdurulmayıb. Doğrudur İran birbaşa səhnədə iştirak etməsə də, səhnə arxasında hər zaman Yəməndəki üsyançıları ,hissləri dəstəkləyib. Bu günə qədər də raket sistemlərindən tutmuş bütün silah növləri yenə də üsyançı husilərə İran dövləti tərəfindən göndərilir.

Natiq Miri: “Tehranın münasibətləri həmişə ziddiyyətli olur və İran hər dövlətlər güc dilində danışmağa üstünlük verən bir ölkədir”.

- Ər-Riyad Vaşinqton, Pekin və Moskva arasında manevrlər edərək Yaxın Şərqə sülh gətirə bilərmi?

- Sadəcə olaraq, Çinin prosesə dəstəyi ilə qısamüddətli İranla Səudiyyə Ərəbistanı arasında anlaşma əldə olundu və bir növ barışıq elan olundu. Bu da İranda Səudiyyə Ərəbistanı səfirliyinin açılması ilə nəticələndi. Ancaq biz o zaman da demişdik, İran elə bir ölkədir ki, bu ölkənin münasibətləri uzunmüddətli olmur. Tehranın münasibətləri həmişə ziddiyyətli olur və İran hər dövlətlər güc dilində danışmağa üstünlük verən bir ölkədir.

Buna görə də qısa müddət öncə barışıq elan edən Səudiyyə Ərəbistanı ilə İran yenidən əks mövqelərdə durmağa başladılar. Çünki İran yenidən müəyyən ərazilərə, eyni zamanda neft mənbələrinə öz iddialarını ortaya qoyduğu üçün indi də Küveytlə İran arasında müəyyən fikir ayrılığı və gərginlik müşahidə olunur. Bu prosesin bir tərəfi də Səudiyyə Ərəbistanıdır və Tehranın sərgilədiyi mövqe Ər-Riyadın maraqlarına ziddir.

Natiq Miri: “Vaşinqton Səudiyyə Ərəbistanı ilə İsrail arasında böyük bir saziş əldə etməyə çalışır və demək olar ki, artıq buna nail olur”.

- Bəs Çinin vasitəçiliyindən sonra İranla Səudiyyə Ərəbistanı və Ərəb ölkələri arasında keçmişdə olan düşmənçilik özünü büruzə verə bilərmi?

- Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçiliyi və əldə etdiyi nəticə böyül geosiyasi addım idi. Təbii ki, bu ABŞ-ı və İsraili çox narahat edir. Ona görə də Vaşinqton Səudiyyə Ərəbistanı ilə İsrail arasında böyük bir saziş əldə etməyə çalışır və demək olar ki, artıq buna nail olur. Demək olar ki, artıq İranla Səudiyyə Ərəbistanı və Ərəb ölkələri arasında keçmişdə olan düşmənçilik özünü büruzə verməyə başlayıb. Belə vəziyyəti də ABŞ fürsətə çevirirək Səudiyyə Ərəbistanı özünün yanına çəkmək istəyir. Ayrıca bir də ABŞ-ın Yaxın Şərqdə strateji müttəfiqi olan İsrail dövləti var. Bu kontekstdə Yaxın Şərqdə ABŞ-ın hegemoniyasını təmin etmək üçün İsraillə Ərəb dünyasını barışdırmaq siyasəti ortada var. Çünki belə bir birlik, barışıq olarsa, İranın regiona, Yaxın Şərqə təsir imkanları minimuma enəcək.

Buna görə də bir tərəfdən ABŞ, o biri tərəfdən İsrailin hərəkətləndiyini görürük. Bu xüsusda, əlbəttə ki, Səudiyyə Ərəbistanı da özünün təhlükəsizlik maraqları baxımından ABŞ-la bu yöndə uzaqlaşmaya daha meyillidir.

- Natiq bəy, İsraillə meqa sülh sazişi imzalamağa hazırlaşan və eyni zamanda Tehranda səfirlik açan Səudiyyə Ərəbistanı bütün tərəfləri razı sala biləcəkmi?Sizcə belə bir vəziyyətdə proseslər necə inkişaf edəcək?

- Fikir verirsinizsə, yenidən hər şey əks istiqamətə dönməkdədir. Əgər vəziyyət bu cür davam edəcəksə, İran oyundan kənar vəziyyətdəqala bilər və bu da Tehranın Ərəb dünyası ilə ixtilafını daha da böyüdə bilər. ABŞ-da Səudiyyə Ərəbistanını öz yanında tutmaqla, dolayısı ilə Yaxın Şərqdəki imkanlarını genişləndirməyə, eyni zamanda, həm də İsrailin təhlükəsizliyini təmin etməyə çalışır. Prosesbuna doğru gedir və düşünürəm ki, yaxın gələcəkdə İranla Səudiyyə Ərəbistanı, o cümlədən digər ərəb dövlətləri arasında fikir ayrılıqları daha da unkişaf edəcək. İsrail və ABŞ isə bundan maksimum yararlanmağa çalışacaq.

Natiq Miri: “Hər bir halda islam dünyasından olan Səudiyyə Ərəbistanının ən azından bütün qlobal proseslərə tövhə vermək istəyir və Ər-Riyadın bu yöndə fəaliyyəti təqdirə layiqdir”.

Səudiyyə Ərəbistanı da bu vəziyyətdən istifadə edərək həm regionda, həm də qlobal səviyyədə özünün oyunçu olduğunu isbat etmək istəyir. Hətta o səviyyədə ki, Ukrayna-Rusiya arasında qarşıdurmanı sülhə çevirmək və prosesləri tənzimləmək üçün qollarını çirmələyib. Ən azından Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir çox güclü dövlətlər toplanıb Ukrayna-Rusiya müharibəsini müzakirə etdilər. Bu isə Ər-Riyadın regional oyunçu kimi daha böyük planlarının olmasından xəbər verir.

Qeyd edim ki, Səudiyyə Ərəbistanın bu səviyyədə açılımı adına bir ilk idi ki, bu gün Çin, eyni zamanda qardaş Türkiyə kimi ölkələr bu münaqişəni həll etməyi bacarmadıqları bir zamanda Səudiyyə Ərəbistanı fərqli bir açıdan prosesə tövhə verməyə başlayıb. Bu da o deməkdir ki, Səudiyyə Ərəbistanı qlobal səviyyədə öz mövqelərini gücləndirmək istəyir və bunun üçün də strateji əhəmiyyətli addımlar atmaqdan çəkinmir.

- Bəs sizcə Səudiyyə Ərəbistanı qlobal səviyyədə özünün mövqelərini gücləndirməyə nail ola biləcəkmi və Ər-Riyadın atdığı addımlar Yaxın Şərqdə hansısa balans dəyişikliyinə səbəb ola bilərmi?

- Düşünürəm ki, bu o qədər də asan məsələ deyil. Yəni Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına görə tədbirlərin keçirilməsi mümkün ola bilər. Amma Səudiyyə Ərəbistanı Ukrayna və Rusiya arasında etimad qazana biləcək və yaxud da prosesləri tənzimləyib sülhə apara biləcək gücdə deyil. Yəni Səudiyyə Ərəbistanı bunu edəcək dövlət deyil.

Ancaq hər bir halda islam dünyasında bir Səudiyyə Ərəbistanının ən azından bütün qlobal proseslərə tövhə vermək istəyir və Ər-Riyadın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Hər şeydən əvvəl Səudiyyə Ərəbistanı Yaxın Şərqdə aparıcı mövqeyə sahib olacaq bir mövqe əldə etməyə çalışır. Hesab edirəm ki, müəyyən qədər buna nail ola bilər. Düşünürəm ki, bu istiqamətdə Ankara və Ər-Riyad əlbir çalışsalar daha böyük nəticələr əldə etmək mümkündür.

Natiq Miri: “Yaxın gələcəkdə Yaxın Şərqdəki geosiyasi qarşıdurmanın bir tərəfində İranRusiya, digər tərəfində isə digər güclər dura bilər”.

- Bəs baş verənlərə İranın mövqeyi necə dəyişə bilər?

Belə məsələlər əslində İranın çox qıcıqlandırır. Çünki İran dünyada qlobal səviyyədə sülhü dəstəkləmək əvəzinə, Rusiya kimi qarşıdurmalardan daha çox yararlanmağa çalışır. Yaxın Şərqdə böyük sülh sazişinin əldə olunması isə İranın maraqlarına kökündən ziddir. Çünki Tehrandakı molla rejimi heç bir halda ABŞ-ın və İsrailin iştirakçısı olduği bir sülh prosesinin bir parçası ola bilməz. Bu imkansız olduğuna görə Tehran bütün halalrda suyu bulandırmaq üçün bütün imkanlarını səfərbər edəcək.

Bu yolda İranın əsas müttəfiqi isə Rusiya ola bilər. Təbii ki, Çin də ABŞ-ın və İsrailin iştirakçısı olduği bir sülh prosesinin tərəfdarı deyil, lakin nəzəri cəhətdən Pekin bu sülh prosesinin bir parçası ola bilər. Buna görə də düşünürəm ki, Çin prosesə qoşula bilər və buna nə İsrail, nəSəudiyyə Ərəbistanı, nə də başqa güclər qarşı çıxmazlar.

Yəni yaxın gələcəkdə Yaxın Şərqdəki geosiyasi qarşıdurmanın bir tərəfində İranRusiya, digər tərəfində isə digər güclər dura bilər.

Nərmin UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Ən çox oxunanalar