Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narazı müəllimlərə növbəti şans veriləcək


Azərbaycanda diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər öz bilik və bacarıqlarını yenidən qiymətləndirmədə iştirak etməklə sınaya bilərlər


PİA.AZ-ın Trend-ə istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
 
Onun sözlərinə görə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamlanmaq üzrədir.
 
Nazirlik rəsmisi əlavə edib ki, işə yeni qəbul olan müəllimlər üçün yeni qiymətləndirmə keçirilməlidir: "Hər il müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir və hər il Təhsil Nazirliyi sisteminə daxil olan məktəblərə yeni müəllimlər təyinat alır. Həmin müəllimlər üçün də gələcəkdə diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bəzi müəllimlər düşünə bilər ki, ötən il ərzində öz peşəkarlıq səviyyəsini yüksəldiblər. Həmin qiymətləndirmə keçirilərkən də öz nəticəsindən razı qalmayan müəllimlər özlərini yenidən sınaya bilərlər. Biz həm əvvəlki qiymətləndirmənin nəticəsindən razı qalmayanlar, həm də qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də yenidən özlərini sınaya bilməsi üçün şərait yaradacağıq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar