Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müştərinin gizli məlumatlarını başqasına verdilər – “Unibank”da

Azərbaycanın ən ciddi banklarından biri sayılan “Unibank”da skandal sayılacaq hadisə baş verib

Bakupost.az-ın məlumatına görə, bankın işçiləri Mahir Abbasov adlı müştərinin məlumatlarını özündən xəbərsiz başqa bir müştəriyə verib. Bu barədə M.Abbasov özünün sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, “Unibank”ın Salyan filialının əməkdaşı ondan xəbərsiz şəxsi məlumatlarını *** 05 95 sonluqlu nömrəyə yönləndirib.

Müştəri bu barədə SMS məlumatlandırma aldıqdan sonra bankın Baş ofisinə yaxınlaşıb və bildirib ki, şəxsi məlumatlarının başqa nömrəyə yönləndirilməsi ilə bağlı heç bir tələbi olmayıb.

Skandal isə bundan sonra ortaya çıxıb. M.Abbasov şəxsi məlumatlının yönləndirildiyi nömrəyə zəng edib və məlum olub ki, xəttin digər ucundakı adamla eyni ad-soyad-ata adına sahibdirlər. “Unibank”ın Salyan filialının əməkdaşı da bu ad-soyad-ata adı oxşarlığına görə hər iki şəxsin məlumatlarını birləşdirib: “Məlum oldu ki, Salyanda yaşayan və mənlə eyni ad-soyadı daşıyan şəxs “Unibank”da VÖEN hesabı açdırıb. Bankın “təcrübəli işçiləri” isə mənim məlumatlarımı onun hesabına bağlayıb”.

M.Abbasovun banka şikayətindən sonra problem həllini tapmaq əvəzinə, daha da qəlizləşib. Belə ki, “Unibank”ın işçiləri bu dəfə də Salyanda yaşayan Mahir Abbasovun məlumatlarını Bakıda yaşayan adaşına yönləndiriblər.

“Unibank”ın müştərilərinin gizlilik prosedurunu pozduğunu bildirən şikayətçi haqlı olaraq sual edir ki, sabah kimsə onun adından kredit götürsə, hesabından pul çıxarsa və ya bankda başqa bir əməliyyat həyata keçirsə, bunun məsuliyyətini kim daşıyacaq?

Məsələ ilə bağlı “Unibank”ın da mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik.

pia.az


Etiket: “Unibank”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar