Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda xatirə tədbiri keçirilib

SSRİ Xalq artisti, dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda xatirə tədbiri keçirilib.

PİA.az xəbər verir ki, xatirə tədbirinə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva əklil göndəriblər.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov və mərhum sənətkarın ailə üzvləri ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, media əməkdaşları iştirak edib.

Çıxış edən xanımı Tamara Sinyavskaya Müslüm Maqomayevin daima xatirələrdə olduğunu qeyd edib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli isə Müslüm Maqomayevlə dostluq bağlarından bəhs edib: "Müslüm yaxşı insan olduğu kimi həm də yaxşı sənətkar idi. O, Azərbaycan xalqının qəlbində daimə yaşayacaq".

Mədəniyyət naziri Anar Kərimov mərhum sənətkarın sənətinin genişmiqyaslı olmasını vurğulayıb: "Müslüm Maqomayev tək Azərbaycan musiqisinə deyil, ümumilikdə dünya musiqisinə töhfə vermiş sənətkardır. O həm yaxşı insan, həm yaxşı dost, həm də böyük sənətkar idi", - nazir qeyd edib.

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci ilin 25 oktyabrında - 66 yaşında vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar