Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqili Teatrda yeni uşaq tamaşası – “Qızıl cücə”

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb


Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, “Qızıl cücə” adlanan nağıl-tamaşanın müəllifləri V. Ulyanovskiy və V. Orlovdur. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır.

 “Tamaşamız uşaqları əyləndirməklə yanaşı, həm də onların intellektinin inkişafına yardımçı olacaq. Bu səhnə əsərinin çox maraqlı süjet xətti var. Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə oturub. Bunu bilən hiyləgər tülkü canavarı yoldan çıxarır və onlar əsasən canavarın iştirakıyla həmin yumurtanı oğurlayırlar. Özünü işə vermək istəməyən tülkü yenə hiyləgərlik edərək canavarı həmin yumurtanın üstündə oturdur. Tülkü və canavar düşünürlər ki, yumurtadan qızıl cücə çıxacaq, onlar bu qızıl cücəni çoxaltmaqla varlanacaqlar. Vaxt-vədə yetişir, amma yumurtadan çıxan balaca cücə fərə yox, beçə - xoruz olur. Məhz bundan sonra da tülkü ilə canavarın arasında əsl intriqa başlayır. Ümumiyyətlə, tamaşanın əsas məğzini mərhəmət, qayğı, sevgi təşkil edir. Sevginin ən qəddar məxluqu belə mərhəmətli etməsi tamaşa boyu xüsusi vurğulanır”, - deyə Svetlana Bulax bildirib.

Qeyd edək ki, tamaşanın rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar