Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədən və sanksiyalardan qazanan Rusiya milyarderləri...

Rusiyanın beş ən varlı milyarderi müharibə başlayandan bəri 10 milyard dollar qazanıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumatyayıb. Agentlik yazır ki, beş rusiyalı milyarder - Vladimir Potanin, Leonid Mixelson, Gennadi Timçenko, Andrey Quryev və Vaqit Ələkbərov sanksiyalara baxmayaraq, ötən ilin əvvəlindən şirkətlərinin səhmlərindən ümumilikdə 10 milyard dollar dividend əldə ediblər. Müharibədən əvvəlki son ildə eyni gəlir mənbəyi onlara 3,2 milyard dollar qazandırıb.

2022-ci ildə Potanin 2,2 milyard dollar, digər dörd iş adamı isə 900 milyon dollardan 1,1 milyard dollara qədər dividend alıb. Ümumilikdə, onlar keçən il 6,2 milyard dividend qazanıblar. 2023-cü ilin yanvar-iyun aylarında beşliyin ümumi dividend gəlirləri 4,1 milyard dollar təşkil edib: Ələkbərov 2,3 milyard dollar alıb. Timçenko, Mixelson və Guryev - 540-dan 685 milyona qədər qazanıblar.

“Lukoyl”un keçmiş prezidenti Ələkbərov, “Novatek”in ortaq sahibləri Mixelson və Timçenko Rusiyanın Ukraynaya müdaxiləsindən sonra enerji qiymətlərindəki sıçrayışdan böyük məbləğdə ödənişlər alıblar. “Novatek” keçən il rekord dividendlər ödəyib, “Lukoil” isə Rusiyada ikinci ən böyük şirkət olub. Gübrə istehsalçısı “PhosAgro” da keçən il rekord gəlir əldə edib.

Potaninin rəhbərlik etdiyi “Norilsk Nikel” öz növbəsində artan geosiyasi riskləri əsas gətirərək 2023-cü ildə ötən il üçün dividend ödəməmək qərarına gəlib.

Bloomberg-in məlumatına görə, sanksiyalar ona gətirib çıxarıb ki, rusiyalı milyarderlər gözlənilməz gəlirlərdən sərmayə yatırmaq imkanlarını məhdudlaşdırıblar. Agentlik yazır ki, dünyanın qalan hissəsindən təcridolunan milyarderlər indi əvvəllər sərmayə qoymağı düşünmədikləri Rusiya şirkətlərinə sərmayə qoymağa məcburdurlar. Belə ki, Ələkbərov və Potanin Yandex-də pay almaq üçün danışıqlarda iştirak edirlər, Potanin keçən il Rosbank-ı və Tinkoff Bank-ı alıb. Sonuncunun sahibi Oleq Tinkov bankı real dəyərin 3%-nə satmağa məcbur olduğunu iddia edib. Bundan əvvəl isə Kremlin bankı milliləşdirməklə hədələyib.

“Qərbin sanksiyaları mahiyyətcə rus milyarderlərinin üzünə qapını bağlayıb və onları Kremllə daha sıx əlaqələrə sövq edib. Bu, Rusiyanın pul üzərində nəzarətini artırır və Putinin elitanın Rusiyaya sərmayə qoyması və pulu evə gətirməsi çağırışlarını dəstəkləyir”, deyə Britaniya konsaltinq şirkəti olan “Sibylline” şirkətinin analitiki Liana Semçuk bildirib.

Qeyd edək ki, beş milyarderin hamısı Britaniya sanksiyaları altındadır. Həmçinin ABŞ Potanin və Quryevə, ABŞAvropa Birliyi isə Timçenkoya qarşı sanksiyalar tətbiq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar