Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə Putinin istədiyi kimi gedirmi və Rusiyada növbəti səfərbərlik ola bilər?

Dmitri Peskov Rusiyada ikinci səfərbərliklə bağlı hər hansı qərarın verilməyəcəyini deyib. Amma ruslar buna inanmır...

Hərbi-ekspert: “Bu günkü hadisələr prizmasından ola bilsin ki, Peskov əhalini hürkütməmək, onsuz da informasiya müharibəsini uduzan Rusiyanı daha da məğlub durumda göstərməmək üçün səfərbərliyə ehtiyac duyulmadığını deyir”.

“Hər bir halda Rusiya bu müharibədə Baş Qərargah rəisini, Quru Qoşunları Komandirini əməliyyatlar zonasına göndərirsə, xüsusi əməliyyatdan ötrü bu qədər yüksək vəzifəlilərdən istifadə edirsə, deməli heç də vəziyyət Rusiya prezidenti Vladimir Putinin istədiyi kimi deyil”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Kremlin sözçüsü Dmitri Peskov Rusiyada növbəti səfərbərliklə bağlı dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov sosial medianın rus seqmentində yayılan məlumatları təkzib edərək ikinci səfərbərliklə bağlı hər hansı qərarın verilməyəcəyini deyib. Digər tərəfdən, yanvar ayının sonunda Putinin belə bir qərar verəcəyinə dair müxtəlif ehtimallar səsləndirilir.

Digər ehtimallar isə ondan ibarətdir ki, Putin müharibənin gedişindən çox narazıdır və ən azı maya qədər Donetskin tamamilə işğal olunmasınə istəyir. Dünən yayılan məlumatların birində isə qeyd olunurdu ki, Putin Şoyqu və Gerasimov başda olmaqla generallara cəbhədə təşəbbüsü ələ almaq üçün iyunun 1-ə qədər vaxt verib.

Bəs Rusiyada ikinci səfərbərliyə ehtiyac varmı və Rusiyanın hazırkı müharibə strategiyası əsasən nəyə hesablanıb?

Rusiyada hazırkı müharibə strategiyasını PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Rusiyanın itkilərinin artacağı bir vəziyyət yaranarsa, yaxud da yaz aylarının gəlməsi ilə Ukraynanın əks hücumları güclənərsə, Moskvanın mütləq insan ehtiyatlarına ehtiyacı yaranacaq. Bu isə növbəti səfərbərliyin keçirilməsi zərurətini yaradacaq”.

Böyük ehtimalla Ukraynaya göndərilən generallar da yaxın gələcəkdə ciddi nailiyyətlər əldə etməyəcəklərsə, mütləq insan resurslarının çatışmamazlığından şikayətlənəcəklərini proqnoz edən ekspert PİA.az-a bildirib ki, Rusiya rəhbərliyi də tez ya da gec ikinci dəfə səfərbərliyə getmək məcburiyyətində qalacaq:

“Dmitri Peskov bu bəyanatı bu günkü hadisələr fonunda verib. Rusiya hələ də Ukrayna bataqlığında eşələnməkdədir. Moskva birinci dəfə təxminən 350 minlik səfərbərlik həyata keçirdi. Amma bu müharibənin gedişinə elə də bir təsir etmədi.

Əgər Rusiya mövcud vəziyyəti qorumaq istəyirsə, bəlkə də səfərbərliyə o qədər də ehtiyac yaranmaya bilər. Amma Rusiyanın itkilərinin artacağı bir vəziyyət yaranarsa, yaxud da yaz aylarının gəlməsi ilə Ukraynanın əks hücumları güclənərsə, Moskvanın mütləq insan ehtiyatlarına ehtiyacı yaranacaq. Bu isə növbəti səfərbərliyin keçirilməsi zərurətini yaradacaq.

Odur ki, bu günkü hadisələr prizmasından ola bilsin ki, Peskov əhalini hürkütməmək, onsuz da informasiya müharibəsini uduzan Rusiyanı daha da məğlub durumda göstərməmək üçün səfərbərliyə ehtiyac duyulmadığını deyir. Amma bir daha təkrar edim ki, Peskovun bəyanatı bu günün kontekstində baxanda səsləndirilən bəyanatdır. Sabah, ya da bir ay sonra nələrin olacağını demək olmur.

Hər bir halda Rusiya bu müharibədə Baş Qərargah rəisini, Quru Qoşunları Komandirini əməliyyatlar zonasına göndərirsə, xüsusi əməliyyatdan ötrü bu qədər yüksək vəzifəlilərdən istifadə edirsə, deməli heç də vəziyyət Rusiya prezidenti Vladimir Putinin istədiyi kimi deyil. Böyük ehtimalla oraya göndərilən generallar da yaxın gələcəkdə əgər ciddi nailiyyətlər əldə etməyəcəklərsə, mütləq insan resurslarının çatışmamazlığından şikayətlənəcəklər. Rusiya rəhbərliyi də tez ya da gec ikinci dəfə səfərbərliyə getmək məcburiyyətində qalacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar