Ukraynadakı müharibə ABŞ üçün onların silahları haqqında inanılmaz məlumat mənbəyinə çevrilib…
ABŞ hərbçiləri üçün Ukraynadakı müharibə öz sistemlərinin faydalılığına dair inanılmaz məlumat mənbəyinə çevrilib. Çünki müharibə Amerika silah sistemlərinin ağır istifadə şəraitində necə işlədiyini öyrənmək üçün nadir bir fürsət verdi.
PİA.az xəbər verir ki, bu barədə CNN-nin məlumatında bildirilir. Nəşr qeyd edir ki, ABŞ zabitləri və digər hərbi rəsmilər Rusiyanın Ukraynanın elektrik şəbəkəsini sıradan çıxarmaq üçün İrandan alınan ucuz, sərfəli dronlardan necə uğurla istifadə etdiyini izləyirlər.
“Ukrayna hər mənada mütləq silah laboratoriyasıdır, çünki bu cihazlardan heç biri iki sənayeləşmiş ölkə arasında müharibədə istifadə olunmayıb. Bunlar əsl döyüş sınaqlarıdır”, detə Qərb kəşfiyyatı ilə münsibətləri olan mənbə bildirib.
Döyüş meydanındakı vəziyyətlə tanış olan ABŞ hərbi əməliyyatlar üzrə zabitinin sözlərinə görə, həmçinin Britaniya beyin mərkəzinin bu yaxınlarda apardığı araşdırmaya görə, bəzi yüksək səviyyəli sistemlər ukraynalılara hədiyyə edilib, məsələn, Switchblade 300 pilotsuz uçan aparatı və düşməni məhv etmək üçün nəzərdə tutulmuş raketlər, radar sistemləri, gözləniləndən daha az təsirli olub.
Lakin ABŞ-ın M142 Yüngül Çoxsaylı Buraxılış Raket Sistemləri və ya HIMARS Ukrayna mühüribəsində mühüm rol oynadı və mütəxəssislər bu sistemlərin belə ağır istifadə şəraitində nə qədər tez təmirə ehtiyacı olduğuna dair dəyərli dərslər alıblar.
Ukraynanın HIMARS raketlərinin məhdud ehtiyatından komanda məntəqələrini, qərargahlarını və təchizat anbarlarını vuraraq Rusiya komandanlığı çətin vəziyyətdə qoyması ibrətamizdir, deyə ABŞ müdafiə nazirliyinin rəsmisi bildirib və əlavə edib ki, mütəxəssislər bu təcrübələri uzun illər öyrənəcəklər.
pia.az