Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyində hərbi attaşelər üçün brifinq keçirilib

Sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.

Bu barədə PİA.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, LaçınZəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.

Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.

General-mayor H.Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, RusiyaErmənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar