Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı: "Əsgərlərimizə işgəncə verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya göstərdi"

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib...

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar əsgərlərimizin Ermənistan ərazisinə keçməsi, əsir götürülməsi, onlara işgəncələr verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya növbəti dəfə bəyan etdi".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bütün bunlar beynəlxalq konvensiyalara, sənədlərə ziddir:

"Ermənistan Xocalıda etdiyi vəhşiliyi bu gün bunu əsgərlərimizin üstündə təkrarlayır. Nəinki təkrarlayır, həm də dünyaya çəkib göstərir. Onlar silahsız, əli bağlı əsgərimizə olan işgəncəni çəkib göstərməklə ki, müharibədəki məğlubiyyətini kompensasiya etməyə çalışır. Bu qətiyyətlə pislənilir. Bu cinayəti törədənlər cavab verməli olacaqlar. Onlar hər hansı əməliyyatı yerinə yetirmirdilər. Baş verənlər insanlıq əleyhinə törədilmiş cinayətlər sirasındadır.

Azərbaycan xalqı və cəmiyyəti bunu nifrətlə qınayır".

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Ən çox oxunanalar