Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib - Foto

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib...

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə RusiyaAzərbaycanın gənclər birliklərinin, diaspor təşkilatlarının və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMOR-un sədri Ceyhun Hüseynov qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixi barədə məlumat verib. Bildirib ki, həmrəylik bayramı Azərbaycan xalqı, gəncliyi üçün ən mühüm tarixlərdən biridir:

“Çünki 1989-cu ildə Azərbaycan xalqı bütün dünyaya birliyini, həmrəyliyini bəyan edib. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə ilə bunu bir daha sübut etdik”.

AMOR sədri təşkilatın 2023-ci ildəki fəaliyyəti barədə də məlumat verib. O, AMOR-un üzvlərinin sayının ilbəil artdığını söyləyib:
“Təşkilat rəhbərliyi Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xüsusi diqqət ayırır. AMOR Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlığını davam etdirir. Biz birlikdə çox böyük yol keçmişik”.

Tədbirdə AMOR-un ötən ildəki fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova çıxışında Leyla Əliyevanın rəhbərliyi ilə AMOR-un Rusiyada humanitar sahədə fəaliyyətindən danışıb, təşkilatın gənc üzvlərinin humanitar istiqamətli tədbirlərdə iştirakını yüksək qiymətləndirib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib - Yenilənib

Ən çox oxunanalar