Bazar ertəsi Moskva birjasında hərracların açılışında rubl yenidən ucuzlaşıb...
Bazar ertəsi, avqustun 14-də Moskva birjasında hərracların açılışında dollar rubla nisbətdə 37 qəpik bahalaşıb.
Poliqon Tass Agentliyinə istinadən xəbər verir ki, əvvəlki hərracın bağlanış səviyyəsi ilə müqayisədə bu sabah dollar 99,8 rubl təşkil edib.
Avronun məzənnəsi isə öz növbəsində 5,25 qəpik artaraq 108,83 rubla, yuanın məzənnəsi isə 0,4 qəpik artaraq 13,7 rubla çatıb.
Rusiya Bankı daha əvvəl bildirib ki, rublun ucuzlaşması ilə bağlı vəziyyətin həlledici amili ixrac və idxalın dinamikasıdır. Tənzimləyici əlavə edib ki, milli valyutanın mövcud dinamikası ilə əhəmiyyətli kapital əməliyyatları arasında əlaqə nəzəriyyəsi özünü doğrultmur.
Poliqon.info