Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldova və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar təxirə salına bilər

Moldovanın Baş naziri Dorin Reçan etiraf edib ki, Avropa İttifaqı Kişinyov və Kiyevlə siyasi ittifaqa üzvlüklə bağlı danışıqların başlanmaq qərarın qəbulu tarixini təxirə sala bilər...

Poliqon xəbər verir ki, bu barədə "Jurnal" telekanalı məlumat yayıb.

Dorin Reçan vurğulayıb ki, Moldova istənilən halda islahatların aparılması və qanunvericiliyin dəyişdirilməsi üzərində işləməyə davam etməlidir.

"Biz Avropanı özümüzdə qururuq. Əgər qoşulma danışıqlarının başlaması dekabrda baş verməsə, martda baş tutacaq. Martda olmasa, onsuz da olacaq. Amma biz vətəndaşlarımız üçün lazım olan islahatları davam etdirməliyik, Avropanı daxildə qurmağa davam etməliyik. Biz artıq seçim etmişik", deyə Reçan bildirib.

Bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb. Aİ-nin ali icra orqanı da Kiyev və Kişinyovun həyata keçirməsi üçün zəruri olan bir sıra şərtlər irəli sürüb. Beləliklə, onlar Ukraynadan korrupsiyaya qarşı mübarizəni davam etdirməyi və milli azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş islahatları, Moldovadan isə məhkəmə sistemində islahatları və "deoliqarxizasiyanı" davam etdirməyi tələb edirlər.

Qeyd edək ki, Avropa İttifaqı Moldovanın Dnestryanı bölgəsi olmadan quruma üzv ola biləcəyini etiraf edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar