Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov istefaya çağrıldı

“Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da ki, düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləridə etməzlər”


PİA.AZ xəbər verir ki, bunu unikal.org-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu . “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində “Böyük Ermənistan” xəritəssinin çapına münasibət bildirərkən deyib.

 Cəlaloğlu deyir ki, bu təhsil sistemində ilk nöqsan deyil!: “Deyək ki, bu təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafeylərinə zidd mövqey tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.

Cənab Cəlaloğlu da hesab edir ki, Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı özü istefa verməlidir:

“Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir. Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki? Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, “doğurdan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər. Görün ki, Mikayıl Cabbarov nə dərəcə rütbəsin sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür? Biri səhv edən kimi işdən çıxarırsan. Xeyr ola dövlətimizə ciddi zərbə vuran səhvivə görə, özün barəndə heç bir tədbir görmürsən? Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Ən çox oxunanalar