Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Bank uçot dərəcəsini endirdi - Kredit faizləri azalacaq?

İqtisadçı ekspert: “İndiki halda müəyyən qədər uçot dərəcəsinin azaldılması son nəticədə bankların növbəti hərraclarda iştirakı imkanına öz təsirini göstərə bilər”

“Hazırda banklar real sektorda müşahidə olunan risklər qarşılığında demək olar ki, genişləndirilmiş kredit siyasətinə getmirlər”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi barədə qəbul etdiyi qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi AMB-nin sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi barədə qərar qəbul edib. O qeyd edib ki, faiz dəhlizinin uçot dərəcəsinə nisbətən yuxarı və aşağı həddi 2% (11,75% və 7,75%) təyin edilib.

Elman Rüstəmovun sözlərinə görə, faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımın cəlbediciliyini qoruyacaq və kredit faizinin azaldılması üçün siqnal olacaq.

Rüstəmov hesab edir ki, bəzi problemlər kredit faizinin azaldılmasına mane olur. Lakin onun sözlərinə görə, gələcəkdə kredit dərəcələrinin azaldılmasını gözləmək olar.

Baş bankirin fikrincə, monetar vəziyyətin normallaşması inflyasiyanın proqnozlaşdırılan intervalından asılı olacaq.

Manatın uçot dərcəsinin 0,25% aşağı salınması həqiqətən kredit faizlərinim azalmasına səbəb olacaq, yoxsa yenə də kredit faizləri yüksək olaraq qalacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin azalmasına o qədər də təsir etməyəcək”.

Mərkəzi Bankın ardıcıl olaraq uçot faiz dərəcəsini aşağı saldığını xatırladan iqtisadçı-ekspert əlavə edib ki, bu son nəticədə bankların kreditləşmə siyasətinə ciddi təsir göstərmir. Çünki mərkəzləşdirilmiş kreditlərin bankların portfelində həcmi də azdır:

“Demək olar ki, hazırda kredit bazarında kifayət qədər passivlik müşahidə olunur. Kredit bazarında 2017-2018-ci illərdə ciddi dəyişiklik olmayıb. Yəni artımlar hiss olunmur. Baxmayaraq ki, Mərkəzi Bank ardıcıl olaraq uçot faiz dərəcəsini aşağı salır. Amma bu son nəticədə bankların kreditləşmə siyasətinə ciddi təsir göstərmir. Çünki mərkəzləşdirilmiş kreditlərin bankların portfelində həcmi də azdır. Əgər mərkəzləşdirilmiş kreditlərin bankların kapitalında həcmi çox olsa, bu zaman faiz dərəcəsinin təsir imkanları geniş olardı.

Həmçinin kredit bazarında rəqabətlik zəifdir və Azərbaycanda bank sektorunda rəqabətlilik çox az səviyyədə hiss olunmaqdadır. Hazırda banklar real sektorda müşahidə olunan risklər qarşılığında demək olar ki, genişləndirilmiş kredit siyasətinə getmirlər. Banklar genişləndirilmiş kredit siyasətinə gedərlərsə, bu zaman rəqabət dərinləşər və kredit faizlərinin aşağı düşməsi hiss oluna bilər.

Rəşad Həsənov: “Banklar genişləndirilmiş kredit siyasətinə gedərlərsə, bu zaman rəqabət dərinləşər və kredit faizlərinin aşağı düşməsi hiss oluna bilər”.

Amma indiki halda müəyyən qədər uçot dərəcəsinin azaldılması son nəticədə bankların növbəti hərraclarda iştirakı imkanına öz təsirini göstərə bilər. Həm də Mərkəzi Bankın banklara depozit hərracında təklif etdiyi faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxara bilər.

Onu da qeyd edim ki, uçot dərəcəsinin aşağı salınması cuzi də olsa, pul bazasının genişlənməsini şərtləndirə bilər. Amma uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin azalmasına o qədər də təsir etməyəcək”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Ən çox oxunanalar