Dominikan Respublikası, Qvatemala, Honduras, Nikaraqua və El Salvadorun daxil olduğu Mərkəzi Amerika parlamenti Tayvanın müşahidəçi statusundan məhrum edilməsinə və bu statusun Çinə verilməsinə səs verib...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi təşkilatın bəyanatına istinadən məlumat yayıb.
"Parlacen" kimi tanınan 6 ölkədən ibarət parlament Nikaraquanın paytaxtı Manaquada keçirilən iclasında 20 ildən çox birgə işlədikdən sonra Tayvanı xaric etmək qərarına gəlib.
Tayvanın Xarici İşlər Nazirliyi "milli ləyaqəti qorumaq üçün" dərhal "Parlacen" geri çəkilmək qərarını açıqlayıb və Çinin Tayvanın beynəlxalq fəaliyyətlərdə iştirakını boğmaq səylərini pisləyib.
"Parlacen"in açıqlamasında 1971-ci ildə BMT-nin Tayvanı Çinin lehinə üzvlüyündən çıxarmaq qərarına toxunulub, Çinin materik əyaləti kimi göstərilib və adanı müstəqil ölkə kimi təşkçilatda fəaliyyət göstərmək hüququndan məhrum edib.
Pekin Tayvanın beynəlxalq təcrid olunmasına çalışır və ada ilə rəsmi əlaqələri olan ölkələrlə fəal diplomatik iş aparır ki, onlar bundan imtina etsinlər. Son illərdə Çinin təzyiqi ilə Nikaraqua, El Salvador, Honduras, Panama və Dominikan Respublikası məhz bunu edib - Tayvanla əlaqələri kəsiblər və Çin Xalq Respublikası ilə diplomatik əlaqələr qurublar.
Bu gün yalnız Mərkəzi Amerikanın ən sıx məskunlaşdığı ölkə olan Qvatemala Tayvanı hələ də tanıyan yeganə "Parlacen" üzvü olaraq qalır.
ABŞ senatorları demokrat Tim Kayne və Senatın Qərb Yarımkürə üzrə Xarici Əlaqələr Alt Komitəsinə sədrlik edən Respublikaçı Marko Rubio "Parlacen"in səsverməsini pisləyib və Çini demokratiyaya zərbə vurmaqda, regional inkişafa mane olmaqda ittiham ediblər.
Amerika qitəsində Tayvanla münasibətləri Beliz və Paraqvay saxlamaqda davam edir, lakin analitiklər hesab edirlər ki, Paraqvay Tayvanı tərk edən və Çinlə diplomatik əlaqələr quran növbəti ölkə ola bilər.
Bu gün dünyanın 13 ölkəsi Tayvanla rəsmi əlaqələr saxlayır.
Poliqon.info