Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə psixoloq qıtlığı - Onların sayı nə qədərdir?

Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər, məktəblərdə şagirdlərlə bağlı yaranan neqativ hallar məktəb psixoloqlarının işini gündəmə gətirir...

Ümumi təhsil müəssisələrində baş verən şagird davası, şagirdlərin müəllimlərlə rəftarı və digər məsələlərdə daha çox psixoloqlar yada düşür.

Məktəblərdə şagird sayına görə fəaliyyət göstərən psixoloqların azlığı da narahatlıq doğurur. Belə ki, Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı uşaq sayına görə müəyyən olunur. 1000 nəfərə qədər şagird olan məktəblərdə 1, 1000 nəfərdən 3000 nəfərə qədər olan məktəblərdə 2, şagird sayı 3000-dən çox olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır.

Bəzi məktəblərdə isə sözügedən ştat olsa da, psixoloqun özü yoxdur.

Bizim.Media Azərbaycanda hazırda neçə məktəbdə psixoloqun olmaması barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan cavab olaraq bildirilib ki, məktəblərdə psixoloq ştatlarının sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda psixoloq vəzifəsi və onun funksiyaları nəzərdə tutulub. “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib.

Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir və ştat cədvəlinə görə ümumi və tam orta məktəblərdə psixoloq ştatları var”.

Qeyd edək ki, 2022-ci ilin məlumatına görə, Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi mövcuddur. Qurumun cavabından da göründüyü kimi, məktəblərin neçəsində psixoloqun fəaliyyət göstərib-göstərməməsi haqqında məlumat verilməyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar