Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Hüseynovun şikayəti təmin edilmədi


Martın 28-də Səbail Rayon Məhkəməsində video-bloqqer Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə iddiası əsasında cinayət işinin başlaması tələbinin Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində rədd edilməsi ilə bağlı qərarından şikayətinə baxılıb


Musavat.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi proses qapalı keçirilib. İclasda Mehman Hüseynovun iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov və Fuad Ağayev müdafiə edib.

Vəkil Elçin Sadıqov jurnalistlərə bildirib ki, heç bir araşdırılma aparılmayıb: "Məhkəmə şikayəti heç bir əsas gətirmədən təmin etmədi. Tələsik qərar verdilər. Qərardan şikayət verəcəyik".

Xatırladaq ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, peşə fəaliyyətinə görə təzyiqə məruz qalıb və saxlanılarkən polislər ona işgəncə veriblər.

O, işgəncə faktının araşdırılması və cinayət işinin başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

DİN də onun bu açıqlamasını təkzib edib və bloqqerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Baş Prokurorluq qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar