Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məhərrəm ayındakı mərasimlər fətvaya uyğun olmalıdır” - Komitə sədri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Məhərrəm ayı ilə bağlı monitorinqlər həyata keçirir

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı bildirib ki, monitorinqlərə əsasən məscidlərdə Məhərrəm ayı bağlı keçirilən mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır: “Monitorinqin əsas məqsədi odur ki, bu mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi, hər hansı qanun pozuntusunun olub-olmadığı yoxlanılır. Bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənaraçıxma halları və yaxud qanun pozuntusu olarsa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar olunmasın. Hələ ki elə bir ciddi qanun pozuntusu aşkar etməmişik, fətvaya uyğun şəkildə mərasimlər keçirilir”.

Komitə sədri vurğulayıb ki, əsas mərasim Aşura günü olan mərasimdir: “Həmin gün Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi hərəkətlərə yol verilir. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə qanvermə aksiyaları keçirilir”.

M.Qurbanlı əlavə edib ki, eyni zamanda respublika üzrə qanvermə keçiriləcək yerlərin siyahısı artıq elan edilib: “Səhiyyə Nazirliyi bununla bağlı müvafiq göstərişlər verib, qruplar ayrılıb. Həmin aksiyalarda vətəndaşlarımızın iştirak etməsi olduqca əhəmiyyətlidir.

Əminəm ki, qan verənlərin sayı kifayət qədər yüksək olacaq. Ötən il 5000-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Bunun müsbət tərəfi hamıya məlumdur, çünki qana ehtiyacı olan xəstələr var. Verilən qanlar tibbi nöqteyi-nəzərdən yoxlanıldıqdan sonra Qan Bankına daxil edilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar