Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mayk Pens prezidentliyə namizədliyini açıqlayıb

ABŞ-da Respublikaçı keçmiş vitse-prezident Mayk Pens 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb...

Poliqon xəbər verir ki, Pens bu barədə Twitter-də amerikalılara videomüraciətində bildirib.

“Uzaq qalmaq asan olardı, amma mən belə tərbiyə olunmamışam. Ona görə də bu gün Allah və ailəmin qarşısında Birləşmiş Ştatların prezidentliyinə namizədliyimi irəli sürəcəyimi elan edirəm”, deyə Pens bildirib.

O, videomüraciətində ABŞ-ın hazırkı rəhbərliyinin “Amerika arzusunu” məhv etdiyini vurğulayır. Problemlər arasında o, inflyasiyanın artması, tənəzzül, maaşların kəsilməsi, sərhədlərdə miqrantlarla bağlı problemləri qeyd edir. Pens həmçinin qeyd edib ki, “azadlığın düşmənləri bütün dünyada yürüş edir” və bu zaman Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Szinpinin çıxışlarının görüntüləri görünür.

Mayk Pens ABŞ-ın 45-ci prezidenti Donald Trampın administrasiyasında vitse-prezident olub. O, 2020-ci ildə ABŞ-ın hazırkı prezidenti Co Baydenin qazandığı seçkinin nəticələrinə etiraz edib.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda 14 nəfərin mübarizə aparacağı gözlənilir. Donald Tramp, Florida qubernatoru Ron DeSantis, Cənubi Karolina senatoru Tim Skott, iş adamı Vivek Ramasvami, Arkanzas qubernatoru Asa Hatçinson, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli və radio aparıcısı Larri Elder yarışda iştirak edəcəklərini açıqlayıblar. Respublikaçılarda əsas namizəd Donald Trampdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar