Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maqnit qasırğası azyaşlılara da mənfi təsir göstərə bilər

Son günlər günəş səthində baş verən dəyişikliklər yerə də təsirsiz ötüşməyəcək

Mütəxəssislərin fikrincə, bu ay ərzində iki dəfə maqnit qasırğası yaşana bilər. Onlardan birinin oktyabrın 11-nə, ikincisinin isə oktyabrın 18-20-nə təsadüf edəcəyi proqnozlaşdırılır.

Maqnit qasırğası meteohəssas insanların səhhətinə mənfi təsir göstərə bilər.

Bu barədə AZƏRTAC-a məlumat verən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: “Qasırğa zamanı maqnit sahəsinin intensivliyinin artıb-azalması baş verir. Bu xroniki, nevroloji xəstələrdə, hipertoniklərdə, ürək-damar sistemi xəstələrində, insult keçirənlərdə və kəllədaxili təzyiqi olanlarda daha çox narahatlıq doğurur. Həmin günlər onlarda başağrısı, gərginlik, emosional qeyri-sabitlik və gücün azalması kimi əlamətlər müşahidə edilə bilər. Bundan başqa arterial təzyiqin yüksəlməsi və ürək tutmalarının olması da mümkündür. Ona görə də meteohəssas insanların həmin günlər dərman qəbulunda bir qədər ehtiyatlı olmağı məsləhətdir”.

Maqnit qasırğası azyaşlılara da mənfi təsir göstərə bilər. Həkim-kardioloqun dediyinə görə, həmin hal uşaqlarda oyanıqlıq əmələ gətirir, yuxu pozğunluğu yaradır. Uşaq səbəbsiz yerə ağlayır, yatmaq istəmir və narahat olur.

Mütəxəssislər belə narahatlığı olanlara açıq havada gəzməməyi və intensiv idman hərəkətləri etməməyi tövsiyə edirlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar