Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MAQATE Zaporojye AES-in ətrafında minalar aşkarlayıb...

MAQATE ekspertləri Zaporojye Atom Elektrik Stansiyasının perimetri ətrafında minaların olduğunu bildiriblər...

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri Zaporojye atom elektrik stansiyasının perimetri boyunca istiqamətləndirilmiş piyada əleyhinə minalar aşkar ediblər.

Poliqon xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Rafael Qrossi məlumat verib. Onun sözlərinə görə, partlayış baş verərsə, bu minalar stansiyaya zərər verməyəcəklər.

“İyulun 23-də MAQATE ekspertləri yoxlama zamanı obyektin perimetri boyunca daxili və xarici hasarlar arasında bufer zonada yerləşən bir neçə mina görüblər. Mütəxəssislər bildiriblər ki, minalar stansiyanın əməkdaşlarının əldə edə bilməyəcəyi məhdud ərazidə olub”, deyə Agentliyin rəhbəri MAQATE-nin saytında verdiyi açıqlamada bildirib.

Mütəxəssislərin fikrincə, “bu minaların partlaması halında nüvə təhlükəsizliyinə və bütövlükdə stansiyanın təhlükəsizlik sisteminə heç bir təsir olmayacaq”. Buna baxmayaraq, bəyanatda qeyd olunur ki, minaların döşənməsi MAQATE-nin təhlükəsizlik standartlarına və nüvə təhlükəsizliyi qaydalarına uyğun gəlmir, həmçinin şəxsi heyətə əlavə psixoloji təzyiq yaradır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar